Yuxarı

Salyandan gətirilən körpənin vəziyyəti ağırdır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayon Mərkəzi Xəstəxanasında doğulan üçəmlərdən sağ qalanının vəziyyəti stabil-ağır olaraq qalır və hazırda küveyzdə müalicəsi davam edir. Körpənin səhhəti ilə bağlı yeni nəsə demək üçün avqustun 10-na kimi gözləmək lazımdır.

Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev deyib.

O bildirib ki, 8 günlük körpənin müalicəsi davam edir: "Körpə vaxtından 10 həftə əvvəl 1 kilo 200 qram dünyaya gəlib. Çəkisi lazımi bədən kütləsinə gəlib çıxana qədər bu vəziyyət davam edəcək. Ümid edirik ki, o zamana qədər körpə arzu olunan çəkiyə gəlib çatacaq. Bu məsədə təmkinli olmaq əsas şərtdir".

N.Quliyev əlavə edib ki, hazırda institutda 46 ağır vəziyyətdə olan körpə müalicə alır.

Qeyd edək ki, iyunun 20-də Salyan rayon Mərkəzi Xəstəxanasında Mirzabitə İlham qızı Abdullayeva üçəm uşaq dünyaya gətirib. Xəstəxananın işıqları söndüyünə görə üçəmlərin ikisi tələf olub. Sağ qalan körpə Bakıdakı Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.

Tarix
2016.06.28 / 18:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla