Yuxarı

Zahid Orucdan MM-də yaşanan insidentə fərqli - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz inzibati orqanda işləmirik. Xalqın təmsilçisi olmaq o deməkdir ki, parlament üzvləri cəmiyyət qarşısında hesabatlıdır və millət vəkilləri mükafatı da, cəzanı da xalqdan alır. Ən böyük hakim onlardır. Ona görə də siyasi fəaliyyətimin ən böyük mükafatını almışam. Töhmət təkcə rəsmi direktivlə olmur. Onu dövlətlə on illərlə davam edən şərəfli xidmətimizin üstünə tikmək və siyasi tərcümeyi-halımızın bir səhifəsinə döndərmək mümkün deyil.

Bu sözləri Axar.az-a Milli Məclisin son iclasındakı insidentlə bağlı İntizam Komissiyasının şifahi qərarını şərh edən deputat Zahid Oruc söyləyib. O, Heydər Əliyevi yalnız dövlətin ali icra hakimiyyəti orqanlarının deyil, həmçinin parlamentinin də qurucusu adlandıraraq, onu bütün zamanların spikeri və onun cəmi 4 aylıq parlament rəhbərliyinin əsl siyasi məktəb olduğunu bildirib:

"4 iyun hadisələrindən sonra ölkədə tüğyan edən xaosa, hərbi-silahlı qüvvələrin hakimiyyət uğrunda savaşına, daxili separatizmə və xarici təcavüzə, həmçinin vətəndaş qarşıdurmasının Milli Məclisin dəhlizlərinə keçməsinə baxmayaraq, Azərbaycanı normal relslər üzərinə daşımağa nail olan Heydər Əliyev parlamentdə bir-birinə zidd olan bütün qüvvələrə öz mövqelərini izhar etmək üçün geniş meydan verirdi və bütün idarəçilik illəri ərzində dövlət başçısı siyasi kursunun bu təməl prinsipinə dönmədən sadiq qaldı".

H.Əliyevin heç kəsə Məclisdəki ən kəskin və sərt çıxışlarına, yaxud sədarətlə toqquşmalarına görə daxili məhkəmə qurmadığını xatırladan Zahid Oruc millət vəkillərinin danışmaq hüququnu müəllimin təhsil vermək, həkimin müalicə etmək haqqı kimi fundamental hesab etdiyini vurğulayıb.

Son hadisələrlə bağlı sualı cavablandırmayacağını deyən millət vəkili bunu əldə olunmuş razılığın şərtlərini pozmaq istəməməsi ilə əlaqələndirib və mövzunun siyasi gündəmdən düşməsində maraqlı olduğunu dilə gətirib:

"Mənim adım keçən məsələdə hakimiyyətin mühüm qollarından birinin tənqid olunmasını istəmirəm, lakin bizlər danışmaq haqqımıza görə ölkəmizdə bərqərar olunan demokratik prinsipləri Məclisdə də hər zaman nümayiş etdirməliyik. Mən bütün siyasi fəaliyyətim illərində Ulu Öndərə, dövlətimə və təmsil etdiyim insanlara xidmət edərkən mükafatı parlamentdən gözləmədim. Bizim hər birimizə dəyər verən və qiymətləndirən birinci şəxsdir. Onun ədalət hissi isə hər kəsdən yuxarıdadır. Ona görə də şərəfli işimizi əzmlə davam etdirərkən birindən mükafat, başqasından cəza alacağımızı alnımızın yazısı kimi qəbul edirik".

Qeyd edək ki, millət vəkili Z.Oruc spiker O.Əsədovla parlament iclasında yaşanan insidentdən sonra mediada hallandığı kimi "şiddətli töhmət" deyil, İltizam Komissiyası tərəfindən şifahi xəbərdarlıq alıb.

Tarix
2016.06.29 / 11:58
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla