Yuxarı

Rio-2016: 3 lisenziyamız əlimizdən alındı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ağırlıqqaldıranlarının 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazandığı daha 3 lisenziyası əlindən alınıb.

Report-un məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) olimpiadada iştirak üçün kvota verdiyi ölkələr siyahısından Azərbaycanın adını çıxarıb.

Buna ölkənin 6 atletinin 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilməməsi səbəb olub. Bir müddət əvvəl İWF-nin Gürcüstanın paytaxtı Tiflisdə keçirilmiş Konqresində Azərbaycanın aktivindən 1 kişi, 1 qadın idmançını çıxarmışdı. Belədə ölkəmizin 3 lisenziyası qalmışdı. Lakin beynəlxalq qurum yeni qərarla ağırlıqqaldıranlarımızı qalan lisenziyalardan da məhrum edib. Beləliklə, Rio-2016-da Azərbaycanı bu növdə heç bir idmançı təmsil etməyəcək.

Qeyd edək ki, dünya çempionatında dopinq-testdən keçə bilməyən atletlərdən Valentin Xristov, Elxan Əliquluzadə, Silviya Anqelova, Firudin Quliyev və İntiqam Zairov 8 il, Dadaş Dadaşbəyli 4 il müddətinə diskvalifikasiya edilib. Bundan başqa əvvəlki iki olimpiadada götürülmüş analizlərin təkrar yoxlaması nəticəsində İntiqam Zairovun Pekin-2008-də, Boyanka Kostovanın isə London-2012-də istifadəsi qadağan olunmuş preparatlar qəbul etdiyi açıqlanıb.

Tarix
2016.06.29 / 12:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla