Yuxarı

Yeni rektor iddialı danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-2026-cı illəri əhatə edəcək Strateji İnkişaf Planı hazırlanacaq.

APA-nın xəbərinə görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov Rektoryanı Şurada bildirib ki, hazırda universitetdə şəffaf və obyektiv təhsil mühitinin yaradılması, yeniliyin və müasirliyin təmin edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunması, bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq rəqabətəqabiliyyətli mütəxəssislərin hazırlanması əsas vəzifələrdir.

Onun sözlərinə görə, əmək bazarının tələbləri öyrənilməli və bu tələblərə cavab verə biləcək pedaqoji kadrların hazırlanması istiqamətində səmərəli və məqsədyönlü iş aparılmalıdır:

"Kafedralar, elmi-tədqiqat laboratoriyaları fəaliyyətlərini genişləndirməli, yüksək elmi nəticələrə nail olmalıdırlar. ADPU-da mütəmadi olaraq respublika və beynəlxalq miqyaslı konfranslar, simpoziumlar, seminarlar, treninqlər, olimpiadalar, təhsil karyera sərgiləri keçirilməli, universitetin orta təhsil müəssisələri ilə əlaqələri genişləndirməlidir. Eyni zamanda, ADPU öz məzunları ilə sıx əlaqə saxlamalı, onları universitetin ümumi inkişaf prosesinə cəlb etməlidir".

Rektor onu da deyib ki, təhsilin idarə edilməsində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından maksimum istifadə edilməli, kütləvi informasiya vasitələri ilə əməkdaşlığı genişləndirilməli, universitetin yeni imici formalaşdırılmalıdır.

Tarix
2016.06.29 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla