Yuxarı

2016-cı il Türkiyə terrorları xronikası - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çərşənbə axşamı İstanbulun Atatürk Hava Limanında 41 nəfərin həyatına son qoyub, daha 147 nəfəri isə yaralayan terror aktı törədildi.

Bu dəhşətli partlayış Bakı vaxtı ilə təxminən 23.00 radələrində baş verdi.

Axar.az RİA-ya istinadən 2016-cı ildə Türkiyədə baş verən terror aktlarının xronikasını təqdim edir:

İstanbul, 7 iyun

İstanbulun Bəyazid bölgəsində polis avtomobilinə hücum edildi. Hücum nəticəsində 7-si polis olmaqla, 11 nəfər dünyasını dəyişdi, 36 nəfər isə yaralandı.

Terror aktının məsuliyyətini Kürdüstan Azadlıq Şahinləri (TAK) öz üzərinə götürdü.

Diyarbəkir, 12 may

Diyarbəkir yaxınlığında, Sarıqamışda içində partlayıcı maddə olan avtomobil havaya uçuruldu. Maşının daxilində 10-15 ton arası partlayıcı maddə var idi. İnsident nəticəsində 16 nəfər öldü, 23 nəfər yaralandı.

Ankara, 13 mart

Ankaranın mərkəzi Qızılay meydanındakı avtobus dayanacağında terror aktı törədildi. Terror nəticəsində 37 nəfər həlak oldu, 125 nəfər yaralandı.

Terror aktının məsuliyyətini Kürdüstan Azadlıq Şahinləri (TAK) öz üzərinə götürdü.

Ankara, 17 fevral

Ankaranın mərkəzində bomba quraşdırılmış maşın partladıldı. İnsident nəticəsində 29 nəfər öldü, 61 nəfər yaralandı.

Terror aktının məqsədi sözügedən əraziyə yaxınlaşmaqda olan hərbi maşını partlatmaq idi. Lakin sözügedən maşın işıqforda qırmızı işıqda durduğu üçün terrorçular öz məqsədlərinə nail ola bilmədi.

İstanbul, 12 yanvar

Sultan Əhməd meydanında törədilən terror aktı nəticəsində 11 nəfər dünyasını dəyişdi, 15 nəfər yaralandı. Terroru Suriya əsilli İŞİD üzvü kamikadze törətdi.

Tarix
2016.06.30 / 00:21
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla