Yuxarı

Qriqorçuk: "Onlar oyunlara hazır deyillər"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən illə müqayisədə bu il daha yaxşı oyun göstərmək üçün bütün hazırlıqları tamamlamışıq. Heyətə yeni cəlb edilən futbolçulardan çox razıyam. Onların oyunu tələblərimə tam cavab verir. İnanıram ki, ilk oyunda da qarşıya qoyulan məqsədə nail olacaqlar.

Axar.az xəbər verir ki, bu sözləri "Qəbələ" komandasının baş məşqçisi Roman Qriqorçuk UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" komandası ilə keçirəcəyi ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Artıq start heyəti müəyyənləşdirdiyini və komandaya yeni gənc futbolçuların cəlb edildiyini vurğulayan ukraynalı mütəxəssis bildirib: "Onlara inamımız böyükdür. Ancaq etiraf etməliyəm ki, gənclər hələ belə səviyyəli oyunlara hazır deyil. Bəzi futbolçular hazırlıq prosesinə gec qoşulublar. İnanıram ki, bütün yeni futbolçularımız özlərini göstərə biləcəklər. Yaxşı oynayıb, uğur qazanacağımıza inanıram".

Rəqib barədə də danışan R.Qriqorçuk qeyd edib: "Komanda olduqca maraqlı futbol sərgiləyir və futbolçuları özlərinə güvənirlər. Hücum etməyi yaxşı bacarırlar. Ancaq düşünürəm ki, biz onları yaxşı təhlil etmişik. Ən önəmlisi, bizim istədiyimiz futbolu ortaya qoymağımızdır. Yaxşı nəticə əldə etmək istəyiriksə, hücumda məhsuldar və rəngarəng olmalıyıq".

Qeyd edək ki, "8-ci kilometr" stadionunda keçiriləcək qarşılaşma iyunun 30-da saat 21:00-da başlayacaq.

Tarix
2016.06.30 / 19:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla