Yuxarı

Bu avtomobillər ətrafa təhlükə saçır - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhlükəli maddə daşıyan yük avtomobillərinin çənlərinin üzərində adətən "oddan təhlükəlidir" kimi ifadələr yazılır. Ancaq bu avtomobillərin özlərinin ətrafa saçdığı təhlükə daha böyükdür. Söhbət yaşayış evlərinin arasından, xüsusilə də dar yollardan gedən və çəni yanacaq ilə dolu olan yük avtomobillərindən gedir. Paytaxtın NZS adlanan qəsəbəsində bu hala daha çox rast gəlinir. Təhlükə olduqca realdır.

Xəzər Xəbər-in məlumatına görə, yük çənində tonlarla təhlükəli maddə olan avtomobillər yaşayış evlərinin sıx olduğu yoldan keçir. Üstəlik, həmin avtomobillər bəzən 10 dəqiqədən çox bu ərazidə tıxaca da düşür.

Bura paytaxtın Xətai rayonu, Həzi Aslanov qəsəbəsi Kazımağa Kazımov küçəsidir. Qəsəbədə bir neçə yerdə mərkəzi yanacaqdoldurma depoları olduğundan hər gün yüzlərlə yanacaqdaşıyan avtomobil çəni dolu halda bu yoldan keçir. Bu isə ən çox qəsəbə sakinlərini narahat edir.

Nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, qanuna əsasən, təhlükəli yüklərin avtomobil ilə daşınması üçün marşrut bir neçə dövlət qurumunun razılığı əsasında müəyyən edilməlidir. Üstəlik, bunun bəzi şərtləri də var.

Ekspertin sözlərinə görə, sözügedən ərazilərdə tikinti normaları da pozulduğundan risk daha da artır.

Qaydalara əsasən, təhlükəli maddələrin saxlanıldığı anbarların əhatəsi kilometrlərlə boş ərazi olmalıdır

Bakı şəhər Dövlət Yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, həmin əraziyə baxış keçiriləcək. Əgər vətəndaşlar üçün konkret təhlükə aşkarlanarsa, müvafiq tədbirlər görüləcək. Bölmə rəisi həmçinin tövsiyyə edib ki, əgər çəni təhlükəli maddə ilə dolu yük avtomobili yaşayış evlərinin yaxınlığında xarab olursa, həmin avtomobil mütləq ən qısa zamanda ərazidən uzaqlaşdırılmalıdır.

Tarix
2017.01.06 / 23:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

General Heydər Əliyevin DTX-dakı işindən danışdı

Prezident Sus kəndində sakinlərlə görüşdü - Foto

Prezident ekskovatoru belə idarə etdi - Video

DTX-də Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident Şuşa rayonunda bu qəsəbənin təməlini qoydu

Tavuşda demarkasiya müdafiəni çökdürəcək – Xaçatryan

Prezident və xanımı Şuşada... - Foto

Ermənilərə bu əminliyi onlar vermişdi - Prezident

Ombudsman BMT-nin komitə üzvü ilə görüşdü - Foto

Füzuli hava limanından yeni görüntülər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla