Yuxarı

Ev qiymətinə avtomobil nömrələri satılır - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda satış portallarında bir-birindən bahalı avtomobil dövlət nömrə nişanları satılır. Xüsusən qoşa rəqəmli olan həmin nömrələr müştərilərə bir evin qiytmətinə təklif edilir. Satışda 10, 15, hətta 65 min manata nömrələr var. Bəs qanunla bu düzgündürmü? Yəni kim istəsə, avtomobilinin qeydiyyat nişanını sata bilərmi? Baş Dövlət Yol Polis İdarəsi məsələyə münasibət bildirib.

Yol hərəkəti üzrə ekspert Tural Yusifov Xəzər xəbər-ə bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri satılır. Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır. Ekspertin sözlərinə görə, kimsə öz avtomobilinin nömrəsini satırsa, bu, qanuna ziddir.

Baş Dövlət Yol Polis İdarəsindən isə bildirilir ki, "Mən filan nömrəni satıram" tipli təşəbbüslər qanunla qadağandır. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsinə görə, nömrələr aid olduğu avtomobilin üzərində satıla bilər.

Tarix
2017.02.15 / 21:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla