Yuxarı

Ayfon-8 bu tarixdə təqdim olunacaq – Yeniliklər

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əpl” (Apple) şirkətinin istehsalı olan, çox güman ki, Ayfon-8 adlandırılacaq smartfon tipli telefon sentyabr ayının 12-də təqdim olunacaq.

Axar.az xəbər verir ki, bu barədə “Mac4ever” informasiya yayıb.

Son günlərdə müxtəlif mənbələrdən, təchizatçılardan, mobil operatorlardan gələn fərqli məlumatlar əsasında “Əpl” şirkətinin yeni flaqman telefonunun görünüşü barədə təsəvvür yaratmaq olar.

OLED ekrana sahib olacaq Ayfon-8 5.8 düym ölçülü ekranla ABŞ şirkətinin istehsal etdiyi smartfonlar arasında ən böyüyü olacaq: Ayfon-7 5.5 düym ekrana sahib idi. Mütəxəssislərin fikrincə, kənarlarındakı ayırma zolaqları olmadan smartfonun bütün ön panelini ekran əhatə edəcək. Yeni modeldə ən əhəmiyyətli yeniliklərdən biri “Ev” (Home) düyməsinin olmamasıdır. Həmin funksiyanı ekranın bir hissəsi olan "virtual" düymə həyata keçirəcək.

Versiyalardan birinə görə, yeni telefonda cihazın sahibini barmaq izi ilə müəyyən edən Touch ID texnologiyası yerinə istifadəçini müəyyən etmək üçün üz tanıma texnologiyasından istifadə ediləcək.

Yaddaş miqdarı haqqında Ayfon-8-lə bağlı müxtəlif variantlar irəli sürülür. Çin nəşri “Gikbar”ın versiyasına əsasən smartfonun başlanğıc modeli 64 GB, ən bahalı modelin yaddaşı isə “Əpl” smartfonları üçün rekord olduğu iddia edilən 512 GB yaddaşdır. Digər mənbələrə görə isə telefonun yalnız 2 versiyası olacaq: 128 və 256 GB.

Telefonun simsiz şarj texnologiyası ilə təchiz olunacağı ehtimal olunur.

Ehtimallara əsasən qabaqcıl smartfonun qiymətlərinin 1000 və ya 1100 dollardan başlayacağı bildirilir.

“Əpl” şirkəti Ayfon-7S və Ayfon-7S Plus adlanan modellərinin də eyni vaxtda yeniliklərini təqdim edəcək. Onlarda ciddi yeniliklər gözləməyə ehtiyac yoxdur. Ənənəvi qaydada “Əpl” şirkəti həmin modellərin əməliyyat sürətinə, kameranın və ya batareyanın xüsusiyyətlərinə aid kiçik təkmilləşdirmələri təqdim edəcək.

Bununla yanaşı, bir sıra mənbələr əvvəllər yeni telefonların çatdırılmasında mümkün olan kəsintilər barədə məlumat veriblər. Çünki təchizatçıların texniki problemlər səbəbindən kifayət qədər sayda smartfon toplamaq üçün vaxtları yoxdur. Bunu isə təxminən bir aydan sonra dəqiqliklə müşahidə etmək olar. Əgər Ayfon-8-in təqdimatı 12 sentyabrda baş tutarsa, satış rəsmi olaraq 22 sentyabra qədər başlayacaq.

Tarix
2017.08.27 / 01:31
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla