Yuxarı

Ektondan Feysbuka qarşı cəsarətli çağırış

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Votsapın qurucusu Brayan Ekton Feysbuka olan mövqeyini ictimaiyyətə açıqlamaq qərarına gəlib.

2014-cü ildə Feysbuk Votsapı Yina Kuma və Brayan Ektondan 16 milyard dollara alaraq onları zəngin edib. Kum hələ də Markın şirkətində işləməyə davam edir.

Sputnik xəbər verir ki, sərvəti 6,5 milyard dollar olan Ekton ötən ildən o şirkətdə işləməkdən imtina edib və özünün fondunu yaradıb. O, 50 milyon dolları yeni kommunikasiya kriptoprotokolu olan Siqnalı maliyyələşdirməyə yönəldib.

İndisə Ekton Feysbuka olan mövqeyini ictimaiyyətə açıqlamaq qərarına gəlib.

Bildiyimiz kimi, bu şirkət ətrafında qalmaqal yaşanır. Söhbət Kembric Analitik Şirkəti tərəfindən 50 milyon Feysbuk istifadəçisinin məlumatlarının qeyri-qanuni istifadəsindən gedir. Firma Donald Trampın seçki kampaniyasını internet üzərindən aparıb. Eyni zamanda, britaniyalı Breksit tərəfdarı olan siyasətçilərə soydaşlarını Avropa Birliyindən çıxmaqda inandırmaq məsələsində dəstəkləyib. İndi aydın olub ki, Feysbuk bu barədə məlumatlı olub, iki il ərzində bu qanun pozuntusu haqqında bir qərar verməyib.

Brayan Ekton bu məsələyə Tvitterdə belə bir reaksiya verib: "Artıq zamanı gəlib". O, bu cümləyə "#facebookusil" haştaqını əlavə edib.

Tarix
2018.03.22 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy

Azərbaycan iki ölkə ilə təlimə başlayır

İcmadan fransız səfirin çıxışına - Reaksiya

5 il əvvəl Paşinyana Kəlbəcər və Laçınla bağlı nə təklif edilib?

Delimitasiyaya etiraz edənlərə qarşı cinayət təqibi başladı

Bu gün Nikola qarşı mitinq olacaq - Sərkisyan ölkədən qaçdı

Fransadan 4 kəndin qayıtmasına - İlk reaksiya

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Sərhəddə bu ərazi Ordumuzun nəzarətinə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla