Yuxarı

Yeni sistem: Bakıda parkomatlar ləğv edilir? – Açıqlama

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:53

Bakıda müvəqqəti saxlama dayanacaqlarında yeni sistemin tətbiqinə başlanılıb. Yayılan qeyri-rəsmi məlumata görə, bu gündən etibarən bütün patkomatlar ləğv edilir.

Axar.az xəbər verir ki, bundan sonra avtomobili park edərkən sürücü ödənişi parkomatlara deyil, parklanma nəzarətçilərinə edəcək. Parkinq nəzarətçiləri balaca elektron cihazlarla parklanan avtomobili qeyd edəcək. Nəzarətçilər ödənişi qəbul edə bilməsi üçün artıq yeni cihazlarla təchiz olunublar. Əksər sürücülərin yenilikdən xəbəri olmasa da, artıq paytaxtın bir çox yerlərində yeni sistem işə düşüb.

Məlumata görə, əvvəllər bir neçə dəqiqəlik gecikməyə görə güzəştlər edilirdisə, artıq sistem məlumatı elektron qaydada birbaşa bazaya ötürdüyü üçün heç bir güzəşt mümkün olmayacaq.

Sürücülərin sözlərinə görə, yeni sistemdən sonra gecikmə borc kimi qəbul ediləcək və sürücüyə buna görə cərimə yazılacaq. Ödənilən pulu isə nəzarətçilər özlərində saxlayacaq və vaxtaşırı idarədən inkasatorlar gəlib aparacaq.

Maraqlıdır ki, yeni sistemə keçidlə əlaqədar ödəniş qiymətlərində dəyişiklik ediləcəyi ilə bağlı məlumat yoxdur. Gecikməyə görə sürücüyə yazılan cərimənin də nə qədər olacağı bilinmir.

Parkomatların ləğvi ilə bağlı hələlik heç bir rəsmi məlumat verilməyib. Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib ki, yenilikdən xəbərsizdirlər.

Bakı şəhər İcra Hakimiyyətindən də məsələ ilə bağlı məlumatlarının olmadığı bildirildi.

Yol-nəqliyyat eksperti Ərşad Hüseynov isə deyib ki, parkomatların bu gündən etibarən ləğv edilməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:

“Yeni qurğu hələ test edilir. Yəni görək, bu üsulla nələr etmək olar? Test edilməsi hələ nəyinsə ləğv edilməsi demək deyil. Ümumiyyətlə, parkomatların ləğv edilməsi qanunvericiliyə əsasən də mümkün deyil”.

Ə.Hüseynov bildirib ki, hazırda qanunvericilik tamam başqa şey deyir:

“Yol hərəkəti haqqında Qanunun 53-cü maddəsi, İnzibati Xətalar Məcəlləsinin 127-2-ci maddəsində göstərilir ki, saxlanma yerlərində quraşdırılan həmin qurğular Baş Dövlət Yol Polis İdarəsindəki mərkəzi informasiya sisteminə inteqrasiya olunmalı, daxil olan nəqliyyat vasitəsinin daxilolma vaxtı, avtomobilin dövlət qeydiyyat nişanını qeydə almalı, onun fotosunu, videosunu çəkib mərkəzə ötürməlidir. Bundan sonra ödəniş edilib-edilməməsi, hansı müddətdə orada qalması qeydiyyata alınır. Yeni üsula görə bu qeydiyyat mütləq foto və video ilə olmalıdır”.

Ekspert bildirib ki, bu məqamda sürücülərin cərimə edilməsi də mümkün deyil:

“Çünki bununla bağlı Nazirlər Kabineti bir neçə normativ akt təsdiq etməlidir. Həmin o normativ aktlardan biri parklanma yerlərinin istifadə qaydalarıdır, digəri dövlət adından parklanma yerlərinin dəqiq siyahısı və onlara görə ödənişin məbləğidir. Bu gün bu normativ aktların heç biri müəyyən olunmayıb. Həmçinin parklanma yerlərinin yaxınlığında yerləşən evlərdə yaşayan avtomobili olan şəxslərə xüsusi talonlar da verilməlidir ki, bu da tətbiq olunmayıb”.

Ə.Hüseynov deyib ki, bundan sonra bu kimi məsələlərə Bakı Nəqliyyat Agentliyi baxacaq:

“Prezidentin ötən həftə imzaladığı sərəmcama əsasən, Bakı şəhərindəki bütün parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinə təhvil verilməlidir. Bundan sonra bütün bu tip məsələlərin həll edilməsində məsul orqan BNA olacaq. Ona görə də sərəncamdan dərhal sonra belə bir köklü yenilik mümkün deyil”.

Qeyd edək ki, bu gündən etibarən ləğv edilən parkomatlar 12 may 2014-cü ildən quraşdırılmağa başlanılmışdı.

Tarix
2018.04.10 / 12:39
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla