Yuxarı

Bakıda yeni tunelin tikintisindən - Video

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tunelinin inşası yüksək keyfiyyətlə və sürətlə davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4,5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11,5 təşkil edəcək.

Tikinti layihəsinə uyğun olaraq, tunelin prospektin altından keçməsi üçün svay vurma və qazıntı işləri tam olaraq yekunlaşdırılıb, qazılmış tunelin üstü betonlanaraq asfaltlanıb, tunelin içərisində kanalziasiya-drenaj xətləri çəkilib, yaxınlıqdan keçən yüksək təzyiqli kommunikasiya boruların üzərindən 1 aşırımlı və 21 metr uzunluğunda körpü inşa edilib.

Hazırda ərazidə layihənin sonuncu mərhələsi həyata keçirilir. Belə ki, tunelin içinin və çölünün üzlənməsi, tunel və yanaşma yolların torpaq yatağının kipləşdirilməsi,tunel çıxış hissəsinin yanından keçməklə “Sabunçu yol qovşağı”na qalxan köməkçi yolun inşası işləri davam etdirilir. Köməkçi yolun uzunluğu 700 metr, eni isə 9 metr təşkil edir. Bu yolun köməkliyi ilə Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər və tuneldən çıxan sürücülər sözügedən yol hissəsi vasitəsi ilə rahat və maneəsiz şəkildə “Sabunçu yol qovşağı”na daxil ola biləcəklər.

Ümumilikdə isə tunelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır. Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağına daxil olmadan və “Koroğlu” metrostansiyasının qarşısından keçmədən Hava limanı istiqamətində gedə biləcəklər.

Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edəcəklər: “Bu isə sıxlığın azalmasına gətirib çıxaracaq”.

Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Tarix
2018.04.14 / 13:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla