Yuxarı

Avropa nəhəngləri üz-üzə - Foto proqnoz

Ana səhifə DÇ-2014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün və sabah Braziliyada keçirilən futbol üzrə dünya çempionatının C və D qrupunda növbəti oyunlar keçiriləcək.

Axar.az xəbər verir ki, bu günün son qarşılaşması C qrupunda baş tutacaq. Kolumbiya və Yunanıstan qarşı-qarşıya gələcək. Bu iki komanda tarixində bir dəfə qarşılaşıb. Həmin görüşdə də Cənubi Amerika təmsilçisi 2-0 hesablı qələbəyə sevinib.

Bu qrupun digər qarşılaşması isə sabah saat 6-da baş tutacaq. Fil Dişi sahili millisi ilə asiya təmsilçisi Yaponiya üz-üzə gələcək. Bu 2 komanda əvvəllər 3 dəfə qarşılaşıb. 1 dəfə Fil Dişi Sahili, 2 dəfə Yaponiya qələbə qazanıb. Top fərqi isə belədir – 2:2.

Sabah D qrupunda da günün iki qarşılaşması keçiriləcək. Bu qrupun ilk görüşündə Uruqvayla Kosta-Rika qarşılaşacaq. Komandalar indiyədək 8 dəfə qarşılaşıb. Uruqvay 6 dəfə qələbə qazanıbsa, 2 dəfə də heç-heçə qeydə alınıb. Top fərqində uruqvaylılar üstündür - 15-8.

Bu qrupun mərkəzi qarşılaşmasında isə İngiltərə - İtaliya üz-üzə gələcək. Bu komandalar isə tarixlərində 24 dəfə üz-üzə gəlib. 8 görüş ingilislərin üstünlüyü ilə yekunlaşıbsa, 9 görüşdə italyanlar qalib gəlib. 7 matçda isə sülh qeydə alınıb. Ancaq top fərqində ingilislər öndədir - 30:27.

14 iyun

C qrupu

21:00. Kolumbiya – Yunanıstan
Hakim: Mark Qayqer (ABŞ)
Belo Horizonte. "Mineyrao" stadionu

15 iyun

D qrupu

00:00 Uruqvay - Kosta-Rika
Hakim: Feliks Brix (Almaniya)
Fortaleza. "Kastelan" stadionu

03:00 İngiltərə - İtaliya
Hakim: Byörn Köypers (Hollandiya)
Manaus. "Arena Amazoniya"

C qrupu

06:00 Fil Dişi Sahili - Yaponiya
Hakim: Enrike Osses (Çili)
Resifi. "Arena Pernambuko"

Qeyd edək ki, Axar.az İngiltərə - İtaliya qarşılaşmasını canlı olaraq təqdim edəcək.

"Topaz" proqramının yuxarıda qeyd edilən oyunlara verdiyi əmsallar aşağıdakı kimidir:

Tarix
2014.06.14 / 20:05
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla