Yuxarı

Xalq şairinə medal verildi - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Mətbuat Mərkəzində "Mahmud Kaşqari" medalının mükafatçılara təqdim olunması mərasimi keçirilib.

Axar.az xəbər verir ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond türk tarixinin ən böyük simalarından olan Mahmud Kaşqarinin anadan olmasının 1000 və təşkilatın yaradılmasının 10 illiyi münasibəti ilə təsis etdiyi "Mahmud Kaşqari" medalını xalq şairi Sabir Rüstəmxanlıya təqdim edib.

Medal xalq şairinə türk dünyası qarşısında xidmətlərinə və mesenatlıq fəaliyyətinə görə verilib.

Mükafatçılar sırasında siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, tanınmış mesenat "Tovuz" xeyriyyə cəmiyyətinin sədri Musa Süleymanov, Azərbaycan şairləri Əjdər Ol və İbrahim İlyaslı, həmçinin Türkiyə yazıçısı İmdad Afşar kimi tanınmış şəxslər var.

Qeyd edək ki, Mahmud Kaşqari adına Beynəlxalq Fond Dünya Türkləri Yazarlar Birliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə Bakıda Mahmud Kaşqariyə həsr olunmuş geniş beynəlxalq konfrans keçirəcək.

Tarix
2016.11.25 / 15:40
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla