Yuxarı

Millət vəkilinin “Vətən qoxusu” Türkiyədə - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burdur vilayətində Qənirə Paşayevanın “Vətən qoxusu” kitabının imzalanma mərasimi olub.

Kult.az xəbər verir ki, Burdur valiliyi, bələdiyyə rəsmilərinin, Məhməd Akif Ərsoy Universitetinin rektoru, universitetin alimlərinin, tələbələrin, QHT və KİV rəsmilərinin iştirakı ilə keçirilən təqdimat və imza mərasimində türk millətinin gənc nəsilləri üçün kitabın önəmi xüsusi vurğulanıb.

İmza mərasiminə böyük diqqət göstərək iştirak edənlərə və təşkilatçılara təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva Axısxa türklərinin öz vətənlərindən zorla sürgününü qələmə aldığı “Vətən qoxusu” kitabı barədə məlumat verib və gənclərin iştirakı ilə imza mərasiminin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dağıq Qarabağ, Axıska, Krım, Kərkük, Türkməndağından danışan millət vəkili Q.Paşayeva gəncləri ortaq tariximizi yaxşı oxumağa, öyrənməyə çağırıb. O bildirib ki, dünyanın harasında doğulub, harasında yaşamasından asılı olmayaraq, hər bir türk insanı ortaq tarixmizi yaxşı bilməlidir və bütün məsələlərdə bir-birimizə daha çox dəstək verməliyik. Bu kitabın gənclərimiz arasında Axısxa türklərini daha yaxşı tanımağa öz töhfəsini verə biləcəyini deyən millət vəkili Q.Paşayeva “inşallah gələn tədbirlərimizdə Axısxada, işğaldan azad edəcəyimiz Azərbaycan torpaqlarında görüşək”, - deyib.

Millət vəkili tədbir iştirakçıları üçün kitablarını imzalayıb və bir sıra türk toplumlarının QHT rəhbərləri, aydınları ilə görüşərək fikir mübadiləsi də aparıb.

Tarix
2017.02.27 / 16:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla