Yuxarı

Kamal Abdulladan yeni kitab - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kamal Abdulladan yeni kitab - Foto

“Kitabi-Dədə Qorqud” dastanlarını elmi və ədəbi yaradıcılığının platformasına çevirən akademik Kamal Abdullanın bu dastanların daha bir gizlin tərəfinə işıq tutan “Kitabi-Dədə Qorqud” poetikasına giriş. Dansökülən variant” monoqrafiyası işıq üzü görüb.

Kult.az xəbər verir ki, monoqrafiya akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının (“Gizli Dədə Qorqud”, “Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2”, “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”) məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. Qeyd edilir ki, “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidələrin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir.

Kitab müqəddimə, iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən ibarətdir. Müqəddimədə kitabın adı haqqında müəllifin qeydləri, anaxronik mətn, mif dövrü mətninin xüsusiyyətləri, ibtidai bədiipoetikliyin yaranma səbəbləri və sairə haqda elmi təhlil yer alıb.

“Mifoloji dansöküləndə bədii-poetik enerji axtarışları” adlanan birinci hissədə autentik mif, qədim mətnin yaranma mühiti və şəraiti, autentik mifdə potensial bədii-poetik enerjinin təzahürü, Dədə Qorqud mətnlərində sözün müstəqim və məcaz qatları haqda elmi yanaşma ortaya qoyulub.

“Xüsusi qurmalar ibtidai bədiipoetiklik vasitələri kimi” adlanan ikinci hissədə “Sahmanlayıcı ünsürlər”, “Sadəlovh suallar”, “Təkrarlar ibtidai bədiipoetik quruluşun əsas vasitəsi kimi”, “Bədiipoetik yasaqlar. “Materialın müqaviməti”” adlı fəsillərdə “Kitabi-Dədə Qorqud” mətninin poetik məziyyətləri, mətndaxili kosmik nizam, Xaosdan Kosmosa keçidin “bədiipoetik” qatda reallaşması, poetikliyin söz, cümlə və cümlə birliyi səviyyələri araşdırılır.

Monoqrafiyanın nəticə hissəsi elmi qənaətləri ümumiləşdirmədən daha çox bu istiqamətdəki gələcək perspektivlərə həsr olunub.

Kitabın əlavələr bölümündə monoqrafiyanın istiqamətinə uyğun olaraq oxucunun təsəvvürlərinin dərinləşdirilməsi məqsədilə müəllif tərəfindən “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (Bakı, 2016, ikinci nəşr) kitabından “Azərbaycan dilində cümlənin monopredikativ quruluşunun təşəkkülü” hissəsi və “Mifdən Yazıya, yaxud “Gizli Dədə Qorqud” (Bakı, 2009)” kitabından “Mif və Yazı” hissəsi yerləşdirilib.

İnanırıq ki, bu kitab mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətlərində çalışanlar üçün maraqlı olacaq.

Tarix
2017.04.18 / 12:54
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla