Yuxarı

Bu zindanda atasını ana dilinə görə asmışdılar...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərrux Cərayidi 1982-ci ildə Təbrizdə anadan olub. 13 yaşından öz ana dilində əsər yazmağa başlayıb. Tərcümələri dərc olunmayan Cərayidinin bir sıra hekayələri “Sancaq” dərgisində işıq üzü görüb. “Alma” adlı hekayə toplusu çap olunmaq üzrədir.

Kult.az F.Cərayidinin “Cümə günü” hekayəsini təqdim edir:

Cümə günü idi. Günorta çağı özünü yorğun halda Təbrizin Bağlarbağının bir bucağında çəmənlərin üstünə saldı. Günün istisi başını dağlayırdı. Bağın işçiləri çəmənləri biçirdilər.

Uzanıb gözlərini yumdu, mürgüləyərkən xəyal quşu onu 42-43-cü illərə (1963-64-cü illər) apardı. O günləri heç unutmurdu, unuda da bilməzdi. Evləri zindanın yaxınlığında idi. Zindanın çevrəsi bağ-bağat idi. Hər gün oynamağa oralara gedərdi. Hələ badamların çağala olan vaxtı o bağlardan çağala dərib qaçardılar. Amma cümə günləri oynamazdılar. Zindanın qarşısında olan təpənin üstünə çıxaraq zindanda baş verən hadisələri izləyərdilər. Hər həftə cümə günləri zindanın çevrəsi, çölü dolu olardı: qadın-uşaq, kiçik-böyük, kişi bir-birinə qarışardı. Necə deyərlər, iynə salsan, yerə düşməz. Toplaşanların çoxu ağlayardı, bəziləri də ürək toxtaqlığı verərdi ölümünə ağlayanlara. Neçə-neçə azyaşlı qız-oğlan həmin günlər ata-anasını torpağa tapşırardı. Cümə günləri zindanda edam günü idi: ya dardan asılardılar, ya sinələri gülləyə qalxan olardı.

Elə bu günlərin birində də öz atasını həmişəlik itirmişdi Təbrizin qana boyanmış zindanında. Buna görə də bütün cümə günləri zindanın çevrəsində gəzib dolaşardı. Atası, quduz Pəhləvi rejiminin vaxtında ana dilində, türkcə də yazıb-oxumağa, yazdırıb-oxutdurmağa görə həbs edilib və sonralar bir cümə günündə boğazını dar ağacının ipinə tapşırmışdı. Sadəcə ana dili üçün. Sadəcə ana dili, sadəcə...

Bunları düşünərkən bir səs Səhəndi özünə gətirdi. Qan qoxusu hər yanı bürümüşdü… Çəmənləri biçirdilər.

Tarix
2017.06.13 / 00:44
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts mətbuat konfransı keçirirlər

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla