Yuxarı

Mirzə Fətəli Axundzadəyə “fars” deyənlərə - Tutarlı cavab

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axundzadə öz tərcümeyi-halında yazıb ki, “milliyyətcə farsam”. Axundzadə o zaman üçün düz deyir - farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. Hətta Axundzadəni ərəb hesab edənlər də var.

Kult.az xəbər verir ki, bu sözləri yazıçı Firuz Mustafa Axundzadənin milliyyətcə fars olduğu ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib. O bildirib ki, Axundzadə dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisinə daxil idi:

“Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir - Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda “fars” kimi qeyd edirdilər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərinin milliyyəti də sənədlərdə gah “tatar”, gah da “fars” kimi qeyd olunub”.

Alim həmin şəxslərin niyə türk yox, məhz fars olaraq qeyd olunmasına da münasibət bildirib:

“Çünki o vaxtlar İranda doğulan insanlar “fars”, Rusiyada doğulan insanlar isə “rus” adlandırılırdı. Təkcə İranda və Rusiyada belə deyildi. Sovetlər Birliyi dağılana qədər SSRİ-dən xaricə gedən vətəndaşların hamısına “rus” deyirdilər. Digər tərəfdən, indinin özündə də Çindən gələnlərə “çinli”, İngiltərədən gələnlərə “ingilis”, Afrikadan gələnlərə “zənci” deyirik. Axundzadənin zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara “fars”, “qafqazlı” (nadir hallarda tatar) deyirdilər. Hətta Mirzə Fətəliyə “tiflisli”, “nuxalı”, “rus” deyənlər də olub”.

Firuz Mustafa vurğulayıb ki, indi təkcə adi adamların arasında deyil, özünü “alim” hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır:

“Onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edirlər. Ona görə də Mirzə Fətəli Axundzadənin bu sözlərini xatırlamaq yerinə düşər: Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur”.

Tarix
2017.12.26 / 13:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla