Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2018


Dünyanı aldadan 6 foto

Ana səhifə Foto
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların müxtəlif zamanlarda gerçək sandığı fotoşəkillərin bu günümüzdə düzəlmə şəkil olduğu ortaya çıxınca bir vaxtlar necə aldadıldığımızın fərqinə indi varırıq. Cəmiyyətdə müxtəlif yöndə fikir formalışdıran, əslində isə montaj olan bu şəkillərin bir neçəsini təqdim edirik.

1. Şimali Koreyanın köhnə lideri Kim Jong Elin 2010-cu ildə çəkilmiş bu fotoşəkilə sonradan əlavə olunduğu görünür. Fotoşəkildə liderin və əsgərlərin kölgələri fərqli istiqamətə düşüb.

2. İran İnqilab Keşikçiləri iyun ayındakı bomba sınağında 9 ballistik mərmiylə dünyaya bir mesaj vermək istəyib. Ancaq mərmilərdən biri işə düşməyincə, "fotoşop"la başqa bir fotoşəkil hazırlanıb.

3. Meksika körfəzindəki neft sızıntısına cavabdeh olan "BP"nin "fotoşop" oyunu mətbuata belə əks olunmuşdu. Sonradan şirkət ssözçüsü Skot Dean mərkəzə aid fotoşəklin üzərində fəaliyyət səviyyəsini daha yüksək göstərmək məqsədilə iş görüldüyünü etiraf edib.

4. Bloqçu Bryan Barretin diqqət çəkdiyi görüntüdə "BP" vertolyotlarından biri görünür. Ancaq helikopterin havada, yoxsa yerdə olduğunu aydınlaşdırmaq olmur. Görüntüdə həm idarə qülləsi, həm də dənizdəki gəmilər var. Yüksəklik ölçən cihaz çox aşağı səviyyəni əks etdirir.

5. İosif Stalin diktatorluğu müddətində uyğun hesab etmədiyi bir çox fotoşəkildə dəyişiklik etdirib. Stalin bəzən şəkillərdə xoşlamadığı bir adamı yanından sildirib, bəzən də kafi görünməyən izdihamdakı adamların sayını artırmağı əmr edib.

6. "Lightly Braised Turnip"də nəşr olunan yalan xəbərdə Fukuşima nüvə stansiyasından gələn radiasiyadan şüalanaraq 50 metr uzunluğa çatan bir balığın Kaliforniya sahilinə çıxdığı bildirilmişdi. Bu görüntü ictimai mediada da böyük əks-səda oyatmağı bacarmışdı. Ancaq qısa müddət sonra canlının oktyabr ayında İspaniyanın Kantabria bölgəsindəki La Arena çimərliyinə üz tutan 9 metrlik "mürəkkəb balıq" olduğu ortaya çıxmışdı.

Tarix
2014.01.28 / 00:15
Müəllif
Natiq Azəri
Şərhlər
loading...
Digər xəbərlər

Sergey Lavrovun Bakıdakı bu şəkli... - Foto

Rövnəq Abdullayevin 35 il öncəki - Fotosu

Adnan Oktarın İstanbulda lüks villası: Krallar kimi... - Foto

İran saytından Bakı haqqında - Fotoreportaj

Prosineçki millidən gedir? - AFFA-dan açıqlama

Şuşada Novruz bayramı - Tarixi foto

Trampın xanım müşavirinin pozası hamını şoka saldı - Foto

Xocalıda sonuncu toy - Tarixi Foto

Qaçaq Nəbinin yeganə - Fotosu

Qar İstanbulu əsir aldı - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla