Yuxarı

Meksikalı futbolçudan müdhiş “Neftçi” yalanı

Ana səhifə Digər Futbol
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikalı futbolçu Erik Marin inanılmaz yalan danışıb.

Axar.az xəbər verir ki, latın amerikalı idmançı "Neftçi"də çıxış etdiyini açıqlayıb.

O, özünü xoşbəxt hiss etdiyini deyib: "Çünki Azərbaycanda çıxış etmişəm, ölkə xaricində çempion olmuşam".

Futbolçu 2010-cu ildə karyerasını "Kruz Azul"un heyətində başa vurub. Marin hətta Bakı təəssüratlarını da bölüşüb: "Peru klubu "Koronel Bolonesi" ilə çempion olmuşam. Mən həm də Azərbaycan təmsilçisi "Neftçi"də çıxış etmişəm.

Bu komanda yerləşdiyi Bakının simvollarından biridir. Yaxşı təcrübə idi. Ümumiyyətlə, meksikalılar dünyanın istənilən yerində oynaya bilirlər. Amma ailədən uzaq yaşamaq, bilmədiyin dilə uyğunlaşmaq çətindir".

APA-nın məlumatına görə, tam adı Erik Alexandro Marin Martines olan sabiq oyunçu "Neftçi"dəki karyerasından bəh-bəhlə danışsa da, bu insanın Azərbaycan futbolu ilə yaxından-uzaqdan əlaqəsi olmayıb.

Məlum olub ki, müstəqillik dövründə ölkəmizdə cəmi 1 meksikalı futbolçu çıxış edib. O da 2007/08 mövsümündə "Standard" klubunda çıxış etmiş Osvaldo Lukadır. Yəni Erik Marin xaricdə oynadığını nümunə göstərmək üçün yalan danışıb.

Tarix
2016.02.24 / 15:31
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla