Yuxarı

Avropalı deputatlarla İstanbul mübahisəsi – Əsl sirr

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb İstanbulun fəthini türklərə bağışlamadı, yüz illər keçsə də, bağışlamayacaq. Türkiyə ilə bu qədər əlləşmələrinin, bölgədə yaşanan bütün hadisələrin əsas səbəblərindən biri məhz budur.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. Millət vəkili bildirib ki, Qərb istədiyini almaq üçün hər zaman Türkiyə ilə mübarizə aparacaq:

"Qərb İstanbulun fəthini türklərə bağışlamadı, yüz illər keçsə də, bağışlamayacaq. Türkiyə ilə bu qədər əlləşmələrinin, bölgədə yaşanan bütün hadisələrin əsas səbəblərindən biri məhz budur. Bunu hər kəsin bilməsi çox vacibdir. Ancaq İstanbulu türklərdən heç bir zaman ala bilməyəcəklər! Bunu 7 il öncə yaşadığım bir olaydan sonra yazmışdım. Avropalı həmkarlarımla rəsmi yemək zamanı millət vəkillərindən biri "siz Azərbaycanın şəhərləri xaricində hansı şəhəri sevirsiniz" sualına İstanbul deyə cavab verdim. Bu zaman avropalı deputatlardan biri dərhal dedi ki, Kostantinopol möhtəşəmdir. Digərlərinin də söhbəti bu şəkildə davam etdirdirməsini görüb, "ora artıq yüz illərdir İstanbuldur, yoxsa sizə hələ də xəbər gəlməyib", - deyə, zarafatyana gerçəklə söhbəti İstanbula gətirmək istəyirdim ki, avropalı millət vəkillərdindən biri bu dəfə, "Azərbaycan olanda bəzən qarışdırıram, sən də bir türksən və təbii ki, sizin üçün İstanbuldur", - dedi. Mənsə, "təkcə bizim üçün deyil, bütün dünya üçün İstanbuldur, o gözəl şəhərin adı hər zaman İstanbul olaraq da qalacaq", - dedim.

Həmin vaxt yemək masasına dərin bir sükut çökmüşdü. Bu haqda çox konfranslarda bəhs etdim. Gənclərimiz özəlliklə son dönəmlərdə Səlib yürüşlərini çox yaxşı oxumalıdırlar".

Tarix
2016.08.01 / 15:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada: Fotolar nələr “danışır”...

Hindistan Bakının iradlarına cavab verdi

Son vaxtlar Almaniyaya səfərlərim... - Prezident

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla