Yuxarı

Murad dəhşətin üstünü açdı: Küçədə meyitlə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dilənçilərin qucağındakı körpələrin əksəriyyəti oğurlanmış uşaqlardır. Diqqət yetirmisinizsə, o körpələr bir qayda olaraq sakit uzanır, səs çıxarmır, altını batırdıqda belə saatlarla “analarının” qucağında oyanmır. Bunun dəhşətli bir sirri var: Sakit olması və “işə” mane olmaması üçün uşağa bir qayda olaraq ağır yuxu dərmanları və iynələr vurulur.

Axar.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif dilənçilər haqda rəsmi Feysbuk səhifəsində yazıb. O, insanları dilənçilərə pul verməməyə səsləyib:

“Əksər hallarda belə zəhərlənmələrə dözməyən körpələr çox yaşamır, hətta “iş vaxtı” tələf olur. Buna baxmayaraq, yalançı ana günün sonunadək bələnmiş uşaq meyiti ilə dilənməyə davam edə bilər. Körpə ilə dilənənlərə 1 saat tamaşa etsəniz, uşağın şübhəli səssizliyi sizə durumu aydın edəcək. Daha bir dəhşətli fakt odur ki, dilənçilər oğurlanmış uşaqları bilərəkdən yandırır, qollarını, ayaqlarını amputasiya etdirir, üzlərinə turşular tökür ki, şikəst və xəsarət almış uşağa daha çox yazığımız gəlsin və cibimizdəki son qəpiyi də verməyə hazır olaq. Bu, böyük bir biznesdir və Hindistan, Çin, Afrika, eləcə də keçmiş Sovet ölkələrində geniş yayılıb. Bakı küçələrində də qanuna rəğmən, açıq-aşkar şəkildə körpələr istismar olunur və buna qətiyyən müdaxilə olunmur. Bu prosesi dayandırmağın yeganə yolu budur ki, dilənçilərə, özəlliklə uşaqları diləndirənlərə pul verməyək. Sizin verdiyiniz hər qəpik bu murdar biznesin və uşaq zülmünün inkişafına dəstəkdir! Hər kəsə bunu danışsın, insanları maarifləndirin, körpələri xilas edin”.

Tarix
2017.01.12 / 13:06
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla