Yuxarı

Fransa mediası Xocalıdan yazdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın nüfuzlu “l’ekspress” portalında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Murtəza Həsənovun “Xocalı soyqırımı tarixi və siyasi aspektlər kontekstində” sərlövhəli məqaləsi yayılıb.

Axar.az xəbər verir ki, məqalədə əsrin cinayətinin - Xocalı soyqırımının başvermə səbəbləri, faciənin xronikası, beynəlxalq mətbuatda bu kütləvi qırğınla bağlı yayılan informasiyalar barədə məlumat verilir.

Bildirilir ki, Xocalı faciəsi XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. Şəhər çox böyük strateji əhəmiyyətə malik idi və Qarabağdakı yeganə aeroport da məhz burada yerləşirdi.

Yazıda vurğulanır ki, 1992-ci il fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Xocalıya hücum fevralın 25-də axşam keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlandı. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular. Bu qırğın nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər həlak oldu. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Faciə nəticəsində 487 nəfər yaralandı ki, onlardan 76-sı uşaq idi. 1275 nəfər əsir götürüldü.

Müəllif faciə dəhşətlərinin dünya mətbuatı tərəfindən işıqlandırıldığını diqqətə çatdırır və bəzi sitatlar gətirir:

“Krua l`Eveneman” jurnalı: “Ermənilər Xocalıya hücum etdilər. Dünya tanınmaz hala salınan cəsədlərin şahidi oldu”;

“Sandi Tayms” qəzeti : “Erməni əsgərləri yüzlərlə ailəni qırdılar”;

“Le Monde” qəzeti : “Ağdamda olan xarici jurnalistlər Xocalıda qətlə yetirilmiş qadınlar və uşaqlar arasında başının dərisi soyulmuş, dırnaqları çıxarılmış üç meyit görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır”;

“İzvestiya” qəzeti : “Operator qulağı kəsilmiş uşaqları göstərirdi. Qadınlardan birinin sifəti iki yerə bölünmüşdü. İnsanların başlarının dərisi qoparılmışdı”.

Məqalədə, həmçinin bildirilir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə Konvensiyasına, Ümumdünya İnsan Haqları Bəyannaməsinin maddələrinə tamamilə ziddir.

Qeyd olunur ki, soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının gördüyü işlər nəticəsində bir sıra ölkələr bu faciə ilə əlaqədar qərar və qətnamələr qəbul ediblər. Lakin bu dəhşətli və qanlı cinayət beynəlxalq ictimaiyyət tərəfindən hələ də öz hüquqi qiymətini almayıb.

Oxucuların diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən 26 fevral Xocalı soyqırımı günü elan edilib.

Məqalədə hadisə şahidlərinin fikirlərinə də yer verilir, beynəlxalq cinayət kimi Xocalı soyqırımının hüquqi əsasları təhlil edilir, cinayəti törədənlərin ədalət məhkəməsi qarşısında cavab verəcəklərinə əminlik ifadə olunur.

Tarix
2017.02.27 / 18:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla