Yuxarı

Səfir: "Ermənistan Kremlin razılığını alaraq..." - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstanda çıxan nüfuzlu “Magyar Hirlap” qəzetinin internet səhifəsində Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə “Azərbaycanda kədərli ildönümü” sərlövhəli müsahibə dərc edilib (Burada).

Axar.az xəbər verir ki, səfir bu qəzetin müxbiri Mariann Ori ilə söhbətində bildirib ki, Xocalı qırğını azərbaycanlıların qəlbində ölkə tarixinin ən kədərli səhifələrindən biridir.

Diplomat deyib: “Dağlıq Qarabağda fəal döyüş əməliyyatları dövründə erməni separatçıları tərəfindən Xocalı şəhərində törədilmiş faciə mahiyyət etibarilə bəşər tarixində nəinki Azərbaycan xalqının, həm də bütün dünya ictimaiyyətinin üzləşdiyi ən dəhşətli faciələrdən biridir”.

V.Quliyev bu fikri izah edərək bildirib ki, 1992-ci ildə Ermənistan Respublikasının rəhbərliyi əvvəlcədən Kremlin razılığını alaraq bütün beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı Ermənistana birləşdirməyə çalışırdı. Bu qətliamın məqsədi ilk növbədə azərbaycanlıları vahiməyə salmaq idi. Xocalı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə rəmzinə çevrildi. Səfir deyib: “Bakıda belə hesab edilir ki, Xocalı qırğını beynəlxalq hüquq baxımından qətliamdır”.

Qəzet V.Quliyevin aşağıdakı sözlərini sitat gətirir: “Bir azərbaycanlı kişi kimi Xocalı haqqında danışmaq mənim üçün çox çətindir. Biz hamımız – azərbaycanlı kişilər yaşımızdan və səhhətimizdən, rütbəmizdən və vəzifəmizdən asılı olmayaraq xalqımızın qarşısında, erməni güllələri və süngüləri altında həlak olmuş Xocalı qadınlarının və bu şəhərin uşaqlarının qarşısında borcluyuq...”.

Səfir vurğulayıb: “Biz bütün dünyaya göstərməliyik ki, bizimlə qonşuluqda yaşayan, ümumbəşəri dəyərlərlə hesablaşmadan insanları qətlə yetirən, əraziləri qarət edən, murdarlayan, həm bizə, həm də öz xalqına ziyan vuran ifrat radikal erməni millətçiləri sözün həqiqi mənasında əqidəsiz və əxlaqsız varlıqlardır, XXI əsrin vəhşiləridir. İkinci Dünya müharibəsi illərində məşhur çex jurnalisti Yulius Fuçikin etdiyi kimi, biz də daim insanları onların milli və dini mənsubiyyətindən asılı olmayaraq sayıqlığa çağırmalıyıq ki, dünya xəritəsində Xocalı kimi yeni odlu nöqtələr yaranmasın”.

Tarix
2017.02.27 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla