Yuxarı

Bundestaqın parlament qrupundan Xocalı bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bundestaqın Cənubi Qafqaz parlament qrupunun sədri Karin Ştrents və sədr müavini Yohannes Kars erməni cinayətkarları tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımının 25-ci ildönümü ilə əlaqədar xüsusi bəyanatla çıxış ediblər.

Axar.az xəbər verir ki, bəyanatda deyilir:

“Cənubi Qafqazda yerləşən Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi artıq 25 ildir davam edir. Bu qanlı münaqişədə çox insan həlak olub. Azərbaycan xalqının yaddaşında ən faciəvi hadisə 1992-ci il fevralın 25-də Azərbaycanın Xocalı şəhərində insanların kütləvi şəkildə öldürülməsidir. 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərini işğal ediblər, hücum vaxtı Azərbaycanın yüzlərlə dinc sakini qətlə yetirilib, onların arasında qadınlar və uşaqlar da olub. Bu qətliamda çoxlu insan yaralanıb, mindən çox adam əsir götürülüb.

Dinc sakinlərin çoxu öz vətənlərini itirib və qaçıb canlarını qurtarmağa çalışıblar. Əhalisi 9,5 milyon olan Azərbaycanda bir milyondan çox qaçqın yaşayır. “Human Rights Watch” insan hüquqları təşkilatı Xocalı hadisəsini Dağlıq Qarabağ münaqişəsi ərzində “ən böyük qırğın” adlandırıb. Təşkilat, həmçinin vurğulayır ki, “təxminən 200 adamın öldürülməsinin təsdiq edilməsinə baxmayaraq, indiki vəziyyətdə qurbanların sayının 500-1000 nəfər arasında olduğunu demək olar. Biz erməni tərəfinin Qarabağda dinc əhalinin öldürülməsinə görə məsuliyyəti üzərinə götürməsini tələb edirik”.

2015-ci ilin aprel ayında Roma Papası Fransisk azərbaycanlı uşaqların və gənclərin əhatəsində müqəddəs Pyotr meydanında Xocalı qətliamının və bu gün də davam edən “dondurulmuş münaqişə” qurbanlarının xatirəsini anıb.

Sovet İttifaqı dağılandan sonra Gürcüstan, Ermənistan və Azərbaycan müstəqil inkişaf etmək və Cənubi Qafqazda sabitlik naminə birlikdə çalışmaq imkanı qazandılar. Təəssüf ki, artıq onilliklər boyu davam edən bu münaqişə həmin regionda inkişaf və sabitliyi ləngidib.

Almaniya Bundestaqı Avropanın sabit inkişafı üçün sülhə əsas ilkin şərt kimi yanaşır. Almaniya Federativ Respublikası həm Ermənistan, həm də Azərbaycan üçün etibarlı tərəfdaş olmaq istəyir. Bu nöqteyi-nəzərdən Cənubi Qafqazda ölkələrlə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinin əsası ola biləcək ümumi beynəlxalq standartlar barədə razılığa gəlmək vacibdir. Beləliklə, dinc yanaşı yaşamağın əsasını beynəlxalq hüquq təşkil edir. Gücün qanunu yox, qanunun gücü əsas olmalıdır. Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı başlıca prinsiplərdir. BMT-nin 822, 853, 874, 884 nömrəli dörd qətnaməsi bu faktı təsdiqləyir və müvafiq torpaqları zəbt etmiş Ermənistanın beynəlxalq hüququ pozmasını göstərir. Bu əsas faktlara etinasız yanaşmaq olmaz.

Avropa Şurası Parlament Assambleyasının 2085 (2016-cı il) qətnaməsi də hüquqa zidd vəziyyəti əlavə olaraq təsdiqləyir.

Almaniya Bundestaqı, həmçinin 16-cı çağırışı zamanı Cənubi Qafqaz regionunda qeyri-sabit vəziyyətin bərpasında iştirak etməyə səsləyib, habelə bildirib ki, yeni münaqişənin alovlanması təhlükəsinin qarşısının alınması məqsədilə BMT-nin qərarları da, Avropa Şurası Parlament Assambleyasının və ATƏT-in qərar və qətnamələri də icra edilməlidir. Almaniya Bundestaqının 2009-cu il 14 may tarixli qərarı vaxtilə olduğu kimi, indi də hüquqi qüvvəyə malikdir.

Almaniya bu fikrə şərikdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ilk növbədə Dağlıq Qarabağ ətrafındakı 7 rayonunun azad edilməsi və qaçqınların öz vətənlərinə qayıtması mühüm rol oynayır. Beynəlxalq hüququn tanınması, habelə qaçqın hüquqları haqqında qanunvericiliyə müvafiq olaraq qaçqınların öz vətəninə qayıtmasına imkan yaradılması münaqişənin həllində ilk addım olmalıdır.

Qafqaz münaqişəsinin sülh yolu ilə həllində bir çox şərtlərə əməl etmək vacibdir. Xocalı şəhərində insan ləyaqətinə zidd hərəkətlərə görə məsuliyyəti etiraf etmək, mütəəssirlik bildirmək və dərdə şərik çıxmaq bu münaqişənin uğurlu həllində vacib amildir. Bu yanaşma Cənubi Qafqazda sülh münasibətlərinin bərpasına yönəlib və faciə qurbanlarının qohumlarına mühüm işarə vermək gücündədir.

Xocalı qətliamından 25 il keçdikdən sonra sülhün bərqərar olması və gələcək barışıq naminə qurbanların xatirəsini anmaq əlverişli imkandır.

Müxtəlif tədbirlər bu vacib addım üzərində qurulmalıdır, çünki sülh və inkişaf yalnız qarşılıqlı ola bilər. İqtisadi səviyyədə yaxınlaşma həm Cənubi Qafqazda, həm də Avropada əməkdaşlığın gücləndirilməsi üstünlüyünə malikdir.

Cənubi Qafqazda sabitlik Almaniya və Avropa üçün çox vacibdir. Cənubi Qafqazın üç dövləti Avropanı Mərkəzi və Cənub-Qərbi Asiya ilə birləşdirməkdə mühüm əlaqə yarada bilər. Bu torpaqlar Xəzər dənizindən müxtəlif enerji daşıyıcıları üçün vacib tranzit regionudur, Almaniyanın və Avropanın enerji təchizatı təhlükəsizliyində mühüm rola malikdir.

Bir tərəfdən iqtisadi inkişafdan, digər tərəfdən qonşu ölkələrlə sülh şəraitində yaşamağın dərk edilməsindən asılı olan firavanlıq və artan məmnunluq Cənubi Qafqazda mədəni və siyasi sabitliyə və gələcək inkişafa kömək edəcək”.

Tarix
2017.02.27 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla