Yuxarı

Əsgərimizin həlak olması xəbəri yalan çıxdı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:27

Əsgər Hüseynov Murad İlqar oğlu hazırda Silahlı Qüvvələrdə hərbi hissələrdən birində xidmətdədir. Onun yayılan fotosu isə 2016-cı ilin fevralında Silahlı Qüvvələrdə keçirilən ağırlıqqaldırma yarışları zamanı qohumları tərəfindən çəkilərək sosial şəbəkəyə yerləşdirilib.

Axar.az xəbər verir ki, bunu Ermənistan mətbuatında Azərbaycanın sosial şəbəkə istifadəçilərinə və bəzi yerli elektron kütləvi informasiya vasitələrinə istinadla Azərbaycan əsgəri Murad Hüseynovun guya həlak olması ilə bağlı yayılan məlumatlarla əlaqədar Azərtac-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“Qoşunların qarşıdurma xəttində baş verən hadisələr barədə son günlər sosial şəbəkələrdə paylaşılan əsassız xəbərlər, “Youtube”da yayımlanan saxta video və fotolarla bağlı bildiririk ki, bu, Ermənistanın xüsusi xidmət orqanları üçün sifariş yerinə yetirən şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, bu kimi təxribat xarakterli məlumatların yayılmasında və ictimaiyyətimiz arasında çaşqınlıq cəhdinin göstərilməsində məhz Ermənistanın maraqlı olması şübhəsizdir”, - deyə məlumatda qeyd olunub.

Tarix
2017.02.27 / 20:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Əliyevin Ştaynmayerlə təkbətək görüşü başladı

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla