Yuxarı

Ehsan Zahidov həbslərə aydınlıq gətirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə, o cümlədən bəzi saytlarda müxalifət fəallarının kütləvi şəkildə həbs edilməsi ilə bağlı xəbərlər yayılır.

Bununla bağlı Musavat.com Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidova müraciət edib. Bu iddiaların doğru olub olmadığını haqda sualımıza E.Zahidov belə cavab verib:

“Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozduqlarına görə məhkəmələr tərəfindən ölkə üzrə cari ilin yanvar ayı ərzində 655, fevralda ayında 520, ümumilikdə isə 1175 nəfər inzibati qaydada həbs olunub. Heç şübhəsiz ki, inzibati qaydada məsuliyyətə cəlb olunanların arasında nəinki müxalifətçi, siyasətçi, jurnalist, həmçinin əhalinin müxtəlif təbəqələrindən olan insanlar da vardır. Barələrində müvafiq protokol tərtib edərkən polis əməkdaşları onların partiya mənsubiyyəti ilə, siyasi fəaliyyətləri ilə heç vaxt maraqlanmayıb və buna zərurət də yaranmayıb”.

Ehsan Zahidov deyib ki, müxalifət funksionerlərindən və onların təsiri altında olan hüquq müdafiəçilərindən fərqli olaraq, polis əməkdaşları üçün sosial, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq hüquqaqzidd əməllər törətmiş bütün şəxslərin hamısı Azərbaycan vətəndaşıdır və onları hansısa qruplara ayırmaq, bölücülük aparmaq daxili işlər orqanlarının fəaliyyət predmeti olmayıb: “İki ay ərzində inzibati qaydada həbs olunan 1175 şəxsin arasından 19-nu məxsusi seçərək ayırmaq, ictimai-siyasi mənsubiyyətini qabardaraq fərqləndirmək mərəzi bəzi maraqlı şəxslərin və qüvvələrin hansı yolla olursa-olsun siyasi divident qazanmaq, mövzu ətrafında yersiz hay-küy qaldıraraq, şou düzəldərək beynəlxalq və ictimai rəyi çaşdırmaqdan, müstəqil siyasət yeridən ölkəmizin yüksək nüfuzuna kölgə salmaqla özləri barəsində saxta demokratiya fədailəri və cəfakeşləri obrazlarını yaratmaq cəhdindən başqa bir şey deyil”.

Tarix
2017.02.27 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başladı

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla