Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Dekabr 2017


Niyə özəl obyektin qarşısını Bakı meri abadlaşdırır? - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər, Süleyman Sani Axundov küçəsi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təmirə bağlanıb. Marşrutlar işləmir, redaksiyamızın yerləşdiyi bu əraziyə gəliş-gediş çətinləşib.

Düşünmək olardı ki, aylardır təmirsiz, bərbad vəziyyətdə olan S.S.Axundov küçəsinin təmiri nəhayət ki, Bakı meriyasının yadına düşüb və acınacaqlı vəziyyəti aradan qaldırmaq istəyir.

Ancaq təəssüf ki, düşündüyümüz kimi deyil...

Yalnız şadlıq evinin qarşısı!

İki günlük yol-təmir işlərindən sonra bəlli oldu ki, üstündə "Bakı şəhər İcra Hakimiyyəti" yazılan texnikanın yardımı ilə yalnız S.S.Axundov küçəsinin girişindəki yeni tikilən və hələ ad qoyulmayan şadlıq evinin qarşısı asfaltlanır.

Təbii sual yaranır: niyə hansısa şadlıq evinin böyür-başını Bakı şəhər İcra Hakimiyyəti təmir etməlidir? Heç bir ictimai narazılıq nəzərə alınmadan, dövlətə məxsus texniki qüvvə və büdcə hansı zərurətdən bir sahibkarın şadlıq evinin qarşısında çalışmalıdır?

Küçənin yol təmirində "restoran sahibi"?

Bu suallara aydınlıq gətirmək üçün təmir-tikinti aparılan yerə getdik.

Adıçəkilən küçədə çəkiliş aparan zaman 50-55 yaşlarında bir kişi foto çəkilişimizə əngəl olmaq istədi. Mediadan olduğumuzu biləndə isə, "bəlkə restoran sahibinin çəkilişə icazə vermədiyi" arqumenti ilə cavab verdi.

Yol çəkilişi ilə məşğul olan şəxslər isə, "Niyə yalnız küçənin bu şadlıq evi yerləşən ərazisini təmir edirsiz", "Özəl müəssisənin ətrafını niyə Bakı şəhər İcra Hakimiyyəti təmir etməlidir" kimi suallarımıza qısaca cavab verdilər:

"Ağa deyir sür dərəyə, sürürük. Desələr ki, bütün küçəni asfaltlayın, asfaltlayarıq. Onu daha biz bilmərik ki, Şadlıq evinin yolunu Bakı İcra Hakimiyyəti abadlaşdırmalıdır, ya başqası..."

Bakı meriyası da bilmir?

Məsələ ilə bağlı BŞİH–nin Mətbuat xidmətinin rəhbəri Nuranə Məmmədova "Axar.az"ın əməkdaşı ilə telefon danışığı zamanı adı çəkilən ünvanda təmir-bərpa işlərinin Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını təsdiqlədi. Amma niyə təmirin şadlıq sarayı ilə məhdudlaşdığına və ümumiyyətlə, bir özəl müəssisənin ətrafını niyə Bakı İH-nin asfaltladığına isə cavab verə bilmiyəcəyini dedi:

"Bəli, S.S.Axundov küçəsindəki təmir işləri BŞİH tərəfindən aparılır. Ancaq şadlıq sarayının qabağının təmir edilməsi məsələsinə heç nə deyə bilməyəcəm. Bunu həmin rayon icra hakimiyyətinin memarlıq idarəsi bilər. Onlarla əlaqə saxlayın".

Binəqədi İH: "Şadlıq evinə çox adam gəlir deyə..."

Binəqədi rayon İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Aynur Quliyeva "Axar.az"a təmir işlərinin ancaq şadlıq evinin qarşısında aparıldığını etiraf etdi:

"Ola bilsin ki, yolun ancaq bir hissəsində təmir işləri aparılır. Təmir işləri mərhələli şəkildə aparılır. Öncə yolun daha vacib hissəsi təmir edilir, daha sonra isə yerdə qalan hissənin təmir edilməsinə başlanılır. Həmin küçədə təmir işlərinin şadlıq sarayının qabağında aparılması onunla bağlıdır ki, şadlıq evinə gəlib-gedən daha çox olur"

Bizim şərh

Əgər bir icra hakimiyyəti hər gün min əziyyətlə öz evinə gəlib-gedən sakinlər əvəzinə, hansısa şadlıq evinin böyür-başını təmir etməyi o məkana "gediş-gəliş" çoxluğu ilə izah edirsə və şadlıq evinin ətrafını abadlaşdırmağın səbəbi kimi oranın "daha vacib" olması ilə əsaslandırırsa, burda sözün tükəndiyi yerdir, artıq!

Onu da nəzərə çatdıraq ki, aylardır qazılıb bərbad vəziyyətə salınan və aylardır sakinlərin zülmlə keçib-gəldiyi S.S.Axundov küçəsindəki bu adı hələ qoyulmayan şadlıq evi yenicə tikilir və ora hələ bu vaxta qədər bircə nəfər də "gəlib-getməyib".

Tarix
2013.11.12 / 16:43
Müəllif
Tural Qurbanlı
Şərhlər
loading...
Digər xəbərlər

DMX rəisindən vətəndaşlara çağırış

Atamla görüşmək istəmərəm... - Dilqəmin oğlu

Dövlət qurumlarında boş qalan yüksək vəzifələr - Siyahı

Türkiyədə Azərbaycan bayrağı necə endirildi? – Şok təfərrüat

Nazirliyin bu qərarı ciddi problemlər yaradacaq - Ekspert

Qarabağ danışıqlarında yeganə müsbət məqam – Şərh

Ərəb dünyasından Ərdoğana böyük qısqanclıq

Türkiyədə Rusiya bazası yaradıla bilər? - Politoloq

Düşmən bizim bu “qəhrəmanları” qızışdırır - Millət vəkili

ABŞ-ın 2018 planı: Rusiya addım-addım çökdürülür

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla