Yuxarı

Bakıda keçiriləcək oyunlar Qətər mediasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 25-26-da Qətər mətbuatında Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı bir sıra yazılar nəşr edilib.

Azərbaycanın Qətərdəki səfirliyindən Azərtac-a bildiriblər ki, ölkənin ərəbdilli “Əl-Şərq” və “Əl-Raya”, eləcə də ingilisdilli “The Peninsula” qəzetlərində dərc edilmiş yazılarda 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi və həmin il çərçivəsində bir çox tədbirlərin, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi qeyd olunub.

Məqalələrdə İslam Həmrəyliyi Oyunlarının təşkilinin əsas məqsədinin İslam ölkələri arasında həmrəylik və əməkdaşlıq ruhunun möhkəmləndirilməsi və müsəlman gəncləri arasında əlaqələrin inkişafı olduğu qeyd edilir. Mayın 12-22-də Azərbaycanda keçiriləcək Oyunlarda 57 müsəlman ölkəsindən 5 mindən artıq idmançının yarışacağı bildirilir.

Azərbaycanın tarixən İslam mədəniyyətinin ən mühüm mərkəzlərindən biri olduğu, İslam dininin yayılması və İslam intibahının bərqərar olmasında mühüm rol oynadığı qeyd edilən məqalələrdə 2009-cu ildə Bakı şəhərinin, 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunduğu diqqətə çatdırılır.

Səfir Qətərin “İslam Həmrəyliyi İli” çərçivəsində Azərbaycanda təşkil ediləcək tədbirlərdə, o cümlədən İslam Həmrəyliyi Oyunlarında, eləcə də cari il mayın əvvəlində ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüksək səviyyədə iştirakının nəzərdə tutulduğunu və bunun Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir. Həmçinin idman yarışlarını canlı izləmək istəyən əcnəbi vətəndaşlar üçün bütün şəraitin yaradıldığı qeyd edilir.

Tarix
2017.04.26 / 19:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla