Yuxarı

Avstriyada Qarabağdan yazıldı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın nüfuzlu həftəlik “Profil” jurnalında “Təəssüf ki, Ermənistan silahlanmaqda davam etdi” sərlövhəli məqalə dərc olunub. Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla müsahibə əsasında hazırlanmış məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas söhbət mövzusu olub.

Axar.az xəbər verir ki, jurnalın redaktoru Martin Ştaudinqerin qələmə aldığı müsahibədə Avstriyanın ATƏT-ə sədrlik etdiyi dövrdə münaqişənin həlli üçün yeni təşəbbüslərin gözlənilməsinə dair sual verilib. Səfir Q.İsrafilov bildirib ki, ötən ilin aprel ayında baş vermiş gərginlik bu münaqişənin dondurulmadığını göstərdi və 1994-cü ildə bağlanan atəşkəsə riayət olunması da münaqişəni həll etməyib. Tam əksinə, Ermənistan mövcud status-kvonu möhkəmləndirərək BMT qətnamələrinə zidd şəkildə öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina edir. Yeni gərginliyin qarşısının alınması üçün ən yaxşı zəmanət status-kvonu dəyişməyə xidmət edən konkret addımlardan ibarət yol xəritəsinin hazırlanması məqsədilə dərhal substantiv danışıqlara başlamaqdır. Ermənistanın əksinə olaraq, ATƏT-in iştirakçı dövlətləri, həmçinin Minsk qrupunun həmsədrləri bu fikirdədirlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Təəssüf ki, bu çağırışlara cavab olaraq Ermənistan silahlanmanı davam etdirir, öz mövqelərini möhkəmləndirir və işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir.

Atəşkəs rejiminə nəzarət etmək üçün daha çox ATƏT müşahidəçilərinin cəlb edilməsinə dair Ermənistan tərəfinin tələbinə münasibət bildirən Azərbaycan diplomatı qeyd edib ki, 2016-cı ildə Vyana və Sankt-Peterburq görüşlərindən sonra Azərbaycan həmin ilin iyul ayında öz təkliflərini təqdim edib. Lakin qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi texniki məsələlərlə bağlı fikir ayrılığından danışıqlar prosesindən yayınmaq və məzmunlu danışıqlardan imtina etmək üçün sui-istifadə edir.

İşğal olunmuş Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər edən xarici ölkə vətəndaşları ilə bağlı məsələyə aydınlıq gətirən səfir qeyd edib ki, Avstriya kimi Azərbaycan da statuslarından asılı olmayaraq bütün əcnəbi vətəndaşlardan onun qanunlarına əməl olunmasını gözləyir. Rəsmi Bakı aydın şəkildə ifadə edib ki, Azərbaycanın müvafiq rəsmi qurumlarının əvvəlcədən razılığı olmadan işğal olunmuş ərazilərə səfər edən əcnəbilərin Azərbaycana səfəri qadağan olunur. Eyni zamanda, beynəlxalq hüququn və Azərbaycanın qanunlarının pozulmasına qarşı bütün hüquqi vasitələrlə mübarizə aparılacaq. Ona görə də Azərbaycan ərazisinə səfər etmək niyyətində olan hər bir şəxsə səfirliyin və Avstriya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində səyahət tövsiyələri ilə yaxından tanış olmaq tövsiyə edilir.

Tarix
2017.04.26 / 21:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla