Yuxarı

Ərdoğan İlham Əliyevə məktub yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Hörmətli cənab Prezident, əziz Qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi və Sizin simanızda bütün Azərbaycan xalqını ən səmimi hisslərimlə təbrik edirəm.

Qardaş Azərbaycanın müstəqilliyinin bərpasından ötən müddətdə bütün sahələrdə əldə etdiyi uğurları yüksək qiymətləndirərək izləyir, beynəlxalq arenada qazandığı nüfuzlu mövqedən qürur duyuruq. Mən əminəm ki, Sizin qətiyyətli və uzaqgörən rəhbərliyinizlə Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaqdır.

Ölkələrimiz arasındakı əlaqələrin hər sahədə daha yüksək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq duyuruq. Ortaq tarix, mədəniyyət və ənənələrlə sıx şəkildə bir-birinə bağlı olan xalqlarımız arasındakı əməkdaşlığın güclü münasibətlərimiz sayəsində hər sahədə daha da dərinləşərək gələcəkdə də uğurla davam etdiriləcəyinə heç bir şübhəm yoxdur.

Fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə - əziz Qardaşıma bir daha möhkəm cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin–amanlıq və rifah diləyirəm", - təbrikdə qeyd edilir.

Tarix
2017.05.24 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Hindistan Bakının iradlarına cavab verdi

Son müddət ərzində Almaniya-Azərbaycan əlaqələri...

Şolts bu mübarizəsinə görə İlham Əliyevə təşəkkür etdi

4 kənd qaytarıldı, mərkəz bağlandı: Yaxşı fürsətlər var...

Son görüşdə hər ikiniz məni buna əmin etdiniz - Şolts

Əliyev və Şolts medianın suallarını cavablandırır - Canlı

Əliyevlə Şoltsun Berlində geniş tərkibdə görüşü başa çatdı

İranlı mollalar özlərini ifşa etdi, Əliyevi təsdiqlədilər!

Əliyevlə Şoltsun təkbətək görüşü oldu

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla