Yuxarı

Ekspertdən Doroxinin Dilqəm açıqlamasına – Sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Sputnik-ə geniş müsahibəsində Ermənistan tərəfindən girov götürülən Rusiya vətəndaşı, azərbaycanlı Dilqəm Əsgərovla bağlı səsləndirdiyi fikirlərə ekspert Üzeyir Cəfərov sərt reaksiya verib.

Axar.az xəbər verir ki, ekspert Lapşinlə Əsgərov məsələsinə fərqli yanaşma səbəbini izah etmək istəyən Doroxini qeyri-səmimi olmaqda ittiham edib.

Ü.Cəfərov Rusiyanın həbs edilən vətəndaşları ilə maraqlandığını və məhbəsə nümayəndə göndərildiyini Lapşinin timsalında deyən Doroxini D.Əsgərova eyni münasibətin göstərilməməsi səbəbini aydınlaşdırmağa çağırıb:

“Siz bu günə kimi, heç olmasa, bircə dəfə Rusiya vətəndaşı olan, milliyətcə azərbaycanlı Dilqəm Əsgərova Rusiya Federasiyasının Ermənistandakı və ya Moskvadakı rəsmi nümayəndələri tərəfindən baş çəkildiyini deyə bilərsinizmi?”

Ü.Cəfərov bildirib ki, bu məqamda separatçı quruma müdaxilə imkanının olmaması barədə arqument işə yaramır: “Necə olur ki, siz separatçılara mütəmadi olaraq Moskva şəhərində öz hansısa qondarma toplantılarını, görüşlərini keçirməyə şərait yaradırsınız və zərrə qədər də vicdanınız sızlamır ki, axı həm Azərbaycan, həm Gürcüstan və Moldova məhz sizin xeyir-duanız ilə "at oynadan" separatçılara görə neçə-neçə vətəndaşını, hərbi qulluqçusunu bu illər ərzində itirib? Və siz onlara rahatca silah-sursat ötürəndə münasibət və təmas qura bilirsiniz, belə vacib məsələdə isə müdaxilə edə bilmirsiniz?”

Ü.Cəfərov Doroxinin “Necə oldu ki, Əsgərov orda peyda oldu? Necə oldu ki, o sərhəd xəttini keçdi? Əslində baş verən nə idi? Niyə Əsgərovun yanında silah var idi? Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur” sözlərinin də məntiqsiz olduğunu bildirib:

“Əsgərov heç bir sərhədi keçməyib. Dilqəm Əsgərov Rusiya vətəndaşı olsa da, doğulduğu Kəlbəcər rayonu ərazisində ata-anasının məzarlığını növbəti dəfə ziyarət edərkən separatçılar və sizin dövlətin aktiv köməkliyi vasitəsiylə girov götürülübdür”.

Ekspert səfirin “Bizdə məsələni tam dərk etmək üçün kifayət qədər məlumat yoxdur” fikirlərinə kəskin etiraz edib:

“Əgər sizin bu məsələdən ətraflı xəbəriniz yoxdursa, onda haradan bilirsiniz ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevdə silah olub? Deməli, əgər siz əminsiniz ki, bu dedikləriniz olub, deməli sizin separatçılarla çox yaxşı əlaqələriniz var”.

Ü.Cəfərov səfirin “bu məsələnin həlli yolunua axtarırıq” sözlərinin də qeyri-səmimi olduğunu, Rusiyanın öz vətəndaşı olan D.Əsgərovdan imtina etdiyini, lapşin və Əsgərov olaylarına ikili standart tətbiq etdiyini və separatizmi dəstəklədiyini vurğulayıb.

Tarix
2017.05.27 / 13:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Əliyevin Berbokla görüşü keçirilir

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

Berlində Əliyevə qarşı erməni aksiyası: Muxtarlı da ordadır

Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla