Yuxarı

BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 25-də Nyu Yorkda BMT-nin qərargahında Təhlükəsizlik Şurasının iclası keçirilib.

Axar.az xəbər verir ki, Uruqvayın sədrliyi ilə açıq debatlar formatında keçirilən bu iclas silahlı münaqişə zamanı mülki şəxslərin müdafiəsi və onlara tibbi yardım göstərilməsi məsələlərinə həsr edilmişdi.

İclasda BMT-nin baş katibi Antoniu Quterriş, BMT Təhlükəsizlik Şurasının üzvləri, digər dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev silahlı münaqişələr zamanı dinc əhalinin zərər çəkməsinin ciddi narahatlıq doğurduğunu bildirib və mülki şəxslərə, o cümlədən yaralılara və xəstələrə, tibbi və humanitar işçilərə, tibb obyektlərinə və humanitar konvoylara hücumlarla bağlı hadisələri qətiyyətlə pisləyib.

Bununla əlaqədar qeyd edilib ki, beynəlxalq hüquqa hörmətin artırılmasına, münaqişələrin qarşısının alınmasına və onların tənzimlənməsinə yönəlmiş səylər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlı diplomatın sözlərinə görə, bu məqsədlə BMT-nin əsas orqanları tərəfindən qəbul edilmiş, əsasən mübahisələrin dinc yolla nizamlanmasına, münaqişələrin qarşısının alınmasına və tənzimlənməsinə aid qətnamələrin yerinə yetirilməsinə birinci dərəcəli diqqət verilməlidir.

Vurğulanıb ki, mülki şəxslərin müdafiəsi tədbirlərini səmərəli şəkildə reallaşdırılması, möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün başqa tədbirlərlə yanaşı, ciddi beynəlxalq cinayətlərə görə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə qətiyyətli və ünvanlı tədbirlər görülməlidir. Azərbaycanlı diplomat bildirib ki, münaqişələrin dinc yolla nizamlanması üzrə səylər fonunda qeyri-qanuni şəkildə güc tətbiq edilməsi və ya beynəlxalq hüquq normalarının digər formada hiddətləndirici şəkildə pozulması, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətləri heç bir halda təşviq edilməməlidir, belə hallar qəbuledilməz və yolverilməzdir.

Azərbaycan nümayəndəsi məcburi köçkünlərin müdafiəsi məsələlərinə xüsusi diqqət yetirərək BMT-nin Baş katibinin üzv dövlətlərə müraciətlə münaqişələrin qarşısının alınması və onların tənzimlənməsi, beynəlxalq hüquqa hörmət yolu ilə məcburi yerdəyişmələrin əsaslı səbəblərinin, o cümlədən həlli uzanan münaqişələrin aradan qaldırılması üzrə səyləri fəallaşdırmaq çağırışını dəstəkləyib.

Azərbaycanlı diplomat iclas iştirakçılarına məlumat verib ki, Ermənistanın hələ də davam edən təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ regionu, ona bitişik yeddi rayon və bir neçə eksklav işğal edilib. Bildirilib ki, bu təcavüzün gedişində erməni tərəfi beynəlxalq humanitar hüquq normalarını ciddi şəkildə pozub. Hərbi cinayətlərə, insanlıq əleyhinə cinayətlərə və soyqırımı aktlarına bərabər sayılan belə hüquq pozuntularına, o cümlədən xəstəxanalara, məktəblərə, ibadət yerlərinə və digər mülki obyektlərə məqsədyönlü şəkildə hücumlar, mülki şəxslərin qətlə yetirilməsi, insanların girov götürülməsi və girov saxlanması, hərbi əsirlər və girovlarla qəddar rəftar və onların kütləvi şəkildə edam edilməsi, seksual zorakılıq, yaşayış məntəqələrinin, dövlət mülkiyyətinin və şəxsi mülkiyyətin geniş miqyasda məhv edilməsi, çapovulçuluq və insanların yerini dəyişməyə məcbur edilməsi halları aiddir.

Azərbaycanlı diplomat xüsusi vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünün gedişində cinayətlər törətməkdə təqsirkar olan şəxslərin hələ də cəzasız qalması nəinki çoxdan gözlənilən sülhün təmin edilməsində tərəqqiyə nail olmağa və iki ölkənin barışdırılmasına əngəl törədir, hətta sülh prosesi ilə bağlı onsuz da mürəkkəb olan vəziyyəti daha da gərginləşdirir.

Bununla əlaqədar bildirilib ki, Azərbaycan öz ərazilərinin qeyri-qanuni işğalına son qoymaq, münaqişənin siyasi yolla tənzimlənməsinə nail olmaq, regionda sülhü və ədaləti təmin etmək üçün nə mümkündürsə edəcək.

Azərbaycanlı diplomatın çıxışı elə həmin iclasda Ermənistan nümayəndəsinin bir qədər əvvəl səslənmiş çıxışına bir növ cavab olub. Ermənistan nümayəndəsi bu münaqişənin səbəblərini, mahiyyətini və nəticələrini növbəti dəfə təhrif etməyə və öz ölkəsini günahsız qurban kimi təqdim etməyə çalışıb.

İclasın sədri Ermənistan nümayəndə heyətinin azərbaycanlı diplomata cavab vermək üçün ona yenidən söz verilməsi xahişini rədd edib. Sədr Azərbaycan nümayəndəsinin və digər natiqlərin çıxışlarına görə onlara təşəkkürünü bildirərək iclası bağlı elan edib.

Tarix
2017.05.27 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla