Yuxarı

Qarabağda müharibə başlasa... - Rusiyanın mövqeyi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü, professor, tanınmış politoloq Aleksey Malaşenkon Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin real perspektivini görmür.

Modern.az-ın xəbərinə görə, o, Ermənistan mətbuatına müsahibəsində bildirib ki, Qarabağ problemi ən azı yaxın gələcək üçün əbədi münaqişə hesab oluna bilər.

Politoloq Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşündən də danışıb. O bildirib ki, görüş baş tutsa belə, bundan heç bir nəticə gözləməyə dəyməz.

“Hazırda hərbi toqquşmalardan qaçmaq imkanları prioritetdir. Amma bunun özü də münaqişənin həlli deyil. Mənim Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan başçısı Serj Sarkisyanın görüşündən nəsə gözləntim yoxdur. Bu, sadəcə çoxsaylı görüşlərdən biri olacaq. Aydındır ki, danışıqlar olacaq, amma, konfliktin həll edilməsi üçün real perspektiv yoxdur”.

Ekspert Rusiyanın Qarabağ cəbhəsindəki hərbi toqquşmaların qarşısının almasında hansı rol oynaması barədə sualı da cavablandırıb. O bildirib ki, Rusiya münaqişənin hərbi yolla həllində maraqlı deyil.

“Silahlı münaqişə başlayarsa, Rusiya hansısa bir mövqe seçməyə məcbur olacaq. Söhbət hakim rolundan çıxış etməkdən getmir. Rusiya sülh prosesini dəstəkləyir və bu mövqe onu tamamilə qane edir”- deyə, Malaşenko əlavə edib.

Tarix
2017.07.26 / 14:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla