Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 May 2018


İlham Əliyev: "Bizim verdiyimiz söz imzamızdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Sərgi Mərkəzində Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz- 2014 (Caspian Oil&Gas) sərgi və konfransı öz işinə başlayıb.

Prezident İlham Əliyev sərginin açılış mərasimində iştirak edir.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 400-dən artıq şirkət iştirak edir. Sərgi neft və qazın hasilatı və emalı, eləcə də nəqletmə və logistika da daxil olmaqla, servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirir. Sərgi sahəsinin 70 faizindən çoxu dünyanın məşhur şirkətləri tərəfindən tutulub. Onların arasında "Əsrin müqaviləsi"ndə yer alan şirkətlərlə yanaşı, sərgi və konfransın daimi iştirakçıları da var.

Ümumilikdə isə iştirakçıların 21 faizini təşkil edən və əvvəllər heç vaxt Azərbaycan bazarına çıxmayan yeni şirkətlərin də sərgidə iştirakı ona marağın artdığını bir daha təsdiqləyir.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq Xəzər Neft və Qaz-2014 konfransıdır. Konfrans iyunun 4-5-də təşkil olunacaqdır. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dək nümayəndə iştirak edəcəkdir./Trend/

***

"Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edən xarici şirkətlərin sayı artır. Çünki Azərbaycanın neft və qaz sektoru inkişaf edir, qarşıda duran vəzifələr həll edilir, yeni vəzifələr ortaya çıxır".

Bunu bu gün Bakı Ekspo Mərkəzində keçirilən XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan son illər uğurları tərəfdaşları ilə birgə əldə edib. O bildirib ki, 1993-cü il Azərbaycanın müstəqil dövlətçiliyi tarixində dönüş ili kimi yadda qalacaq: "Çünki Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə edib".

Prezident İ. Əliyev qeyd edib ki, 1994-cü ildə ilk Beynəlxalq Neft və Qaz sərgisi keçirilib, daha sonra Əsrin Müqaviləsi imzalanıb: "Əsrin Müqaviləsi imzalanmasaydı, iqtisadi inkişafdan, əsl müstəqillikdən söhbət gedə bilməzdi. Azərbaycan yalnız xarici sərmayədən asılı olacaqdı. Əsrin Müqaviləsində iştirak edən şirkətlərə təşəkkür edirəm ki, bizə inandılar. Xüsusi ilə BP şirkətinə təşəkkür etmək istəyirəm, Azərbaycanda ən böyük sərmayədardır. 20 ildir ki, biz bir yerdəyik. Gələcəkdə də BP və ARDNŞ-in əməkdaşlığı bölgədə neft-qaz sektorunun inkişafını müəyyən edəcək".

Dövlət başçısı 1994-cü ildən neft-qaz sektorunda böyük uğurlara imza atıldığını vurğulayıb: "Müqavilə imzalanandan 3 il sonra ilk neft çıxarılıb. Bu, müqavilə imzalanandan sonra ən qısa müddətdə neft çıxarılması sahəsində rekorddur. Daha sonra Azərbaycan ardıcıl neft və qaz potensialını dünya bazarına təqdim edib. Bakı-Novorossiysk, Bakı-Supsa kəmərləri ilə neft ötürülməsinə başlanıb, Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilib. Beləliklə, Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi əməkdaşlıq formatı yaranıb. Dəhliz formalaşandan sonra Azərbaycan tranzit rolu oynamağa başlayıb. Azərbaycan Xəzər dənizinin şərqində yerləşən istehsalçılara da xidmət göstərir. Azərbaycan üzərindən nəql olunan neft və neft məhsullarının həcmi artır. Azərbaycan etibarlı tranzit ölkədir, etibarlı tərəfdaşdır və imzası verdiyi söz qədər dəyərlidir. Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq".

Tarix
2014.06.03 / 10:08
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Dünya liderləri İlham Əliyevi təbrik edir

İbrahimbəyov həbs oluna bilərmi? – Vəkil açıqladı

Onlarla razılaşdıq ki, Qarabağ prosesini... - Mnatsakanyan

Şennak: Səməd Seyidovun yerinə başqası seçilməlidir

Rüstəm İbrahimbəyov bütün bunları bilmirdimi? - Deputat

Dövriyyəyə 200 manatlıq əskinaslar buraxılır - Foto

Kanada planı: İranı bu qız parçalayacaq

Tiflis İrəvanla razılaşsa, özünə xəyanət edəcək

Paşinyan ABŞ-ın istəyilə Naxçıvana atəş açdı - Sensasiya

O, Bakının riyakar və etibarsız müttəfiqidir - Ekspert

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla