Yuxarı

Vasif Talıbov 11 gömrükçü və polis rəisini işdən qovdu – Şok səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Sədərək gömrük-keçid məntəqəsinin rəis əvəzi Arzu Rəhimov (Türkiyədə 17 dekabr rüşvət əməliyyatı zamanı həbs olunan Məhəmməd Seyidovu əvəz edir) və məntəqənin digər 10 nəfər əməkdaşını, həmçinin Şərur Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi, polis polkovniki Elxan Həsənovu otağına çağıraraq, onları şəxsən özü işdən qovub.

Axar.az-ın məlumatına görə, səbəb Şərur rayonunun Sovxozkənd adlanan ərazisində baş verən bir hadisədir. Belə ki, Azərbaycan vətəndaşı olan bir xanım türkiyəli gənclə ailə həyatı qurub və onların övladları olub. Türkiyəli gənc vaxtsız vəfat edəndən sonra uşaqların ata nənəsi nəvələrinə sahib durmaq istəsə də, Azərbaycan qanunları ananın haqqını tanıyıb. Ancaq hüquq-mühafizə orqanlarının gözündən yayınan nənə nəvələrini Türkiyəyə gizli yolla keçirməyə müvəffəq olub.

Hadisə barədə Naxçıvan Ali Məclisinin sədrinə Türkiyə MİT-dən məlumat ötürüldüyü qeyd olunur. Ötürülən məlumat isə V.Talıbovun bu işdə sözügedən əməkdaşlardan şübhələnməsinə səbəb olub və nəticədə onlar işdən qovulub.

Tarix
2014.06.06 / 22:28
Müəllif
Ceyhun Səmədov
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla