Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Kadr islahatlarına Nəcməddin Sadıqov rəhbərlik edir – Qeyri-rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zakir Həsənovun Müdafiə nazirliyində apardığı köklü kadr islahatları Baş Qərargah rəisi Nəcməddin Sadıqovun diktəsi ilə baş tutur.

Bu barədə "Axar.az"a Müdafiə Nazirliyindəki özəl mənbə məlumat verib.

Qaynağımızın bildirdiyinə görə, Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun Müdafiə naziri təyin olunandan sonra keçirdiyi köklü kadr islahatları onun öz istəyi ilə baş tuta bilməzdi. Buna səbəb Zakir Həsənovun rəhbəri olduğu yeni nazirlikdəki strukturların fəaliyyətindən məlumatsız olmasıdır.

Yeni nazir isə fəaliyyətə başladığı bir ay ərzində Səfər Əbiyevin zamanında yüksək postları tutan və maraqlıdır ki, bu və ya digər formada keçmiş nazirə bağlı olan zabitləri həm də dəqiq analizlə saf-çürük edir. Qaynağın sözlərinə görə, bu qədər səhih bilgilərə və informasiyaya Zakir Həsənov sahib ola bilməzdi, çünki tamamilə başqa strukturdan müdafiə nazirliyinə gəlib.

Mənbə onu da bildirir ki, Zakir Həsənovun Nəcməddin Sadıqova sonsuz güvəninin arxasında tərəflər arasında olan uzun illərə söykənən dostluq münasibətləri durur.

Hətta bu yaxınlarda sərhəd bölgələrindəki hərbi hissələrin birinə səfər zamanı Nəcməddin Sadıqov ona ünvanlanan suala cavab vermək üçün ayağa qalxmaq istəyərkən Zakir Həsənov ona əziyyət çəkib ayağa qalxmamağı deyib. Bu isə nazirlə Qərargah rəisi arasında olan səmimi münasibətin göstəricisi kimi qiymətləndirilir.

Son islahatlar artıq maraqlar üstündədir

Qaynağımızın məlumatını dıqiqləşdirmək üçün hərbi ekspert Üzeyir Cəfərova müraciət etdik. Üzeyir Cəfərov Zakir Həsənovla Nəcməddin Sadıqovun dostluğu haqqında məlumatın yayıldığını təsdiqləməklə yanaşı, yeni nazirin dostuna hədsiz güvəninin onun üçün əlavə problemlərə səbəb ola biləcəyini qeyd etdi: "Çünki ilk vaxtlardan fərqli olaraq, son kadr islahatları heç də onun ordu quruculuğu istiqamətində cəmiyyətə verdiyi müsbət mesajlara uyğun gəlmir.

Zakir Həsənov nazir təyin ediləndən sonra daha çox keçmiş nazir Səfər Əbiyevin dövründə xidməti fəaliyyətlərinə görə mənfi imic qazanmış zabitlərdən imtina etməsi ilə yadda qaldı. Bu islahatlar cəmiyyətdə ordu quruculuğu istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi.

Ancaq son, məsələn, Silahlı Qüvvələrin peşəkar zabitlərindən hesab edilən Təşkilat-Səfərbərlik İdarəsinin rəhbəri general-leytenant Aydəmirov ordudan tərxis olunması və onun yerinə Biləcəri Toplanış məntəqəsində çağırış məntəqəsində çalışan Hikmət Xaliqovun təyin olunması, məncə, yanlış qərardır".

Qeyd edək ki, Hikmət Xaliqov Nəcməddin Sadıqova yaxın adamlardan hesab olunur. General-leytenant Aydəmirovun isə Baş Qərargah rəisi ilə soyuq münasibətləri olub. Hətta tərəflər arasında bir neçə dəfə insident də yaşandığı bildirilir.

Tarix
2013.11.21 / 17:56
Müəllif
İlqar Vəliyev
Şərhlər
loading...
Digər xəbərlər

Oqtay Əsədovdan deputatlara irad: Çətin məsələdir?

Prezidentdən bu nazirliklə bağlı - Sərəncam

İlham Əliyev Nazarbayevə məktub göndərdi

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla