Yuxarı

General səfərbərliklə bağlı hazırlığı yoxladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin rəhbərliyi döyüş əməliyyatları vaxtı qısa zamanda açılaraq tətbiq olunması üçün nəzərdə tutulmuş birlik və birləşmələrin səfərbərlik ehtiyatlarının hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyindən Axar.az-a veilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı təlimlərdə iştirak edən qoşunların komplektləşdirilməsi, döyüş uzlaşması, ştat quruluşu və döyüş imkanları barədə müxtəlif səviyyəli komandirlərin məruzələrini dinləyib.

Ehtimal olunan müharibə dövrü də diqqətə alınmaqla səfərbərlik üçün nəzərdə tutulmuş müxtəlif hərbi hissələrin saxlanclarında qorunan döyüş texnikaları, artilleriya qurğuları, eləcə də eşalonlaşdırılmış ehtiyat sursat, mərmilər və digər maddi-texniki vəsaitlərin anbarlarına baxış keçirilib.

Nazir saxlanmaya qoyulmuş hərbi texnikaların döyüşə hazırlıq səviyyəsini, onların imkanları və effektiv istifadəsini yoxlayıb.

General-polkovnik Z.Həsənov həmçinin təlimlərdə iştirak etmək üçün ehtiyatdan çağırılan şəxsi heyətin, texnikaların qəbulu və komplektləşdirilməsi məntəqələrinin fəaliyyəti ilə tanış olub, müvafiq vəzifəli şəxslərin məruzələrini dinləyib və tapşırıqlarını verib.

Müdafiə naziri şəxsi heyətin hazırlığını, təşkilat və idarəetmə bacarığını, eləcə də səfərbərlik üçün nəzərdə tutulmuş və qısa müddətli saxlanmaya qoyulan döyüş texnikası, silah sursatların texniki vəziyyətini yüksək qiymətləndirib.

Tarix
2017.09.20 / 15:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla