Yuxarı

Azərbaycandan sığnacaq istəyən ermənidən daha bir açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən Azərbaycana köçmək üçün 20 il gecikmişəm".

Bu barədə Azərbaycandan siyasi sığınacaq almaq istəyən Ermənistanın Tavuş vilayəti başçısının sabiq məsləhətçisi Lübix Çubuxçiyan deyib. O, hakim Respublika Partiyasından istefa bəyanatını partiyanın Tavuş vilayət təşkilatının rəhbəri Samuel Arakelyana təqdim edib.

Çubuxçiyan bəyanatında bildirib ki, Respublika Partiyasının Ermənistanda yaradılması ideyasının irəli sürən ilk təşəbbüskarlardan biri o olub: "1987-ci ildən bu günə kimi Milli Təhlükəsizlik Xidməti məni ona görə izləyir ki, guya mən bu ölkənin dağılması istiqamətində fəaliyyətlə məşğul oluram. Məni həbsxanaya sən saldırdın. 1990-ci ildə mer olaraq sən məni qəbul etmədin və Aşot Navasardyanla məni hədələdin ki, binanı tərk etməsək polis çağıracam. Mənə "Paykar" qəzetinin yaradılması ilə əlaqədar bir neçə dəfə sui-qəsd də edilmişdi. Sonra 10 il həbsxanada qaldım. İndi sən öz şoumenlik istedadın sayəsində partiyanın vilayət təşkilatının rəhbərisən.

Sən və köməkçilərin Serj Sərkisyanın böyük miqdarda səs toplaması üçün camaata rüşvət paylayırdınız. Yaxın günlərdə sənin təşkil etdiyin sui-qəsd nəticəsində mən işimi, evimi, şərəfimi və bütün imkanlarımı itirdim və Azərbaycandan siyasi sığınacaq almaq üçün xahiş etdim. Öz mənəvi simama görə mən sizdən fərqli olaraq dələduz və şərəfsiz ola bilmirəm. Sizin davranışlarınıza beynəlxalq instansiyada baxmaq lazımdır. Mən əsasını qoyduğum partiyadan öz ərizəmlə çıxdığımı bəyan edirəm".

L. Çibuxçiyan qeyd edib ki, onun 20 illik iş stajına 25 min dram hesablayırlar.

Publika.az

Tarix
2014.06.14 / 11:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla