Yuxarı

Zakir Həsənovdan daha bir sərt qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri Zakir Həsənov xəstəlik adı ilə ordudan yayınanlarla bağlı qərar verib.

"Axar.az"ın xəbərinə görə, bu barədə Qaynar.info-ya hərbi mənbələrdən məlumat daxil olub.

Məlumatda bildirilir ki, nazir Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri və həkim komissiyaları tərəfindən xəstəlik adı ilə xidmətə yararsız hesab olunaraq hərbi bilet alanlarla bağlı sərt ölçü götürmək qərarına gəlib. Hətta bununla bağlı nazirlikdə xüsusi komissiya yaradılıb.

Bildirilir ki, "xidmətə yararsız" adı ilə hərbi bilet alan gənclərin sağlamlığı yenidən yoxlanılacaq və onlara həmin biletləri verən aidiyyatı qurumlarda araşdırmalar aparılacaq. Qanun pozuntusuna yol verən şəxslər isə ciddi şəkildə cəzalandırılacaq.

Komissiyaya kimin rəhbərlik edəcəyi hələ ki, bəlli olmasa da, həmin şəxsin adının yaxın günlərdə açıqlanacağı bildirilir.

Tarix
2013.11.22 / 12:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla