Yuxarı

Erməni baş katib Türkiyəni hədələdi? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni əsilli Baş katibi Yuri Xaçaturov “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı fikirlərində Rusiyaya arxalanır.

Bunu Axar.az-a KTMT-nin erməni əsilli Baş katibi Yuri Xaçaturovun “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Arzu Nağıyev deyib. Ekspert hesab edir ki, ermənilər bununla “İsgəndər” raketlərinə sahib olduqlarını bir daha gündəmə gətirmək istəyirlər:

“Əslində, “Rus NATO-su"nun erməni əsilli rəhbərinin fikirləri heç də erməni tərəfinin mövqeyi deyil. Xaçaturov “İsgəndər” raketlərinin sınaqdan keçirilə biləcəyi ilə bağlı fikirlərində Rusiyaya arxalanır. Verilən mesajın arxasında Türkiyənin S-400-ləri almağa təhrik edilməsi məsələsi də gizlənir”.

Politoloq regionda bu qədər silahın cəmlənməsini indiki dönəmdə çox təhlükəli hesab edir:

“Ermənistan siyasi, iqtisadi cəhətdən çox ağır bir vəziyyətdə yaşasa da, Rusiyanın verdiyi bu silahlardan istifadə etmək imkanına malikdir. Digər tərəfdən, “İsgəndər” məsələsi artıq status-kvonu saxlamaq üçün bir hədə mənbəyinə çevrilir”.

Qeyd edək ki, KTMT-nin erməni əsilli Baş katibi Yuri Xaçaturov deyib ki, “İsgəndər” raketlərinin praktik cəhətdən Ermənistanda sınağı çox çətindir: "Çünki bizim ərazimiz çox kiçikdir. Təsadüfən o, Türkiyəyə də uça bilər”.

Tarix
2017.10.11 / 09:13
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla