Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


Kabinetində keçinən generalın son sözü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

General Məhəmməd Abbasquliyev Dövlət Sərhəd Xidmətinin rəis müavini təyin olunana qədər Naxçıvanda çalışıb. 1999-cu ildə Naxçıvan Sərhəd dəstəsinin Qərargah rəisi təyin olunan M.Abbasquliyev 2003-cü ilə qədər bu vəzifəni icra edib. Elə həmin il Sərhəd Qoşunlarının Nəzarət Buraxılış Məntəqələrinin rəisi vəzifəsinə təyin olunub.

General Məhəmməd Abbasquliyevin ən son çalışdığı yer Dövlət Sərhəd Xidmətinin rəis müavini vəzifəsi olub.

General-mayor M.Abbasquliyev 2006-cı ildə "Vətənə Xidmətə görə" (3-cü dərəcəli), 2010-cu ildə isə "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunub.

Uzun illər xüsusi xidmət orqanında çalışdığı üçün avtobioqrafiyası kifayət qədər gizli saxlanan Məhəmməd Abbasquliyev haqqında məlumatlı olan şəxslərin hər biri onu dəmir intizamlı, işinə sadiq peşəkar hərbçi kimi tanıdırlar.

Qeyd edək ki, generalımız bu gün kabinetində vəfat edib. Məlumata görə, o, sonuncu dəfə katibəsindən çay istəyib. Katibəsi çayı gətirdikdən qısa müddət sonra isə generalın kabinetində infarkt keçirdiyi və dünyasını dəyişdiyi bəlli olub.

Millət vəkili Aydın Mirzəzadə də generalla bağlı xatirələrini "feysbuk" səhifəsində paylaşıb. A.Mirzəzadə yazıb:

"İndicə internet saytlarında Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev kabinetində infarkt nəticəsində dünyasını dəyişməsi xəbərini eşitdim. Çox pis oldum.

Onu şəxsən tanıyırdım.

Məhəmməd müəllimlə Sərhəd Xidmətində keçirilən tədbirlərin birində tanış olmuşduq. Sonradan dəfələrlə dövlət və sərhədçilərin tədbirlərində görüşmüş və onu yaxından tanıya bilmişdim.

May ayında isə birlikdə Lənkərana sərhəd zastavasına birlikdə gedik. Yolda kasıb bir ailədən çıxmağından, SSRİ dövründəki hərbi qulluğundan, 1992-ci ildə Qarabağ döyüşlərinə görə Vətənə qayıtmağından danışdı.

Xaraktercə təmkinli, zəhmətkeş, məsuliyyətli və səmimi bir insan idi. O əskəri, tabeliçiyində olan zabiti çox gözəl başa düşürdü, onlara qarşı çox diqqətcil idi.

Onun dünyasını dəyişməsinə inana bilmirəm, o çox tez getdi, onun yeri çox görünəcək.

Uşaqları hələ tam ərsəyə gəlməmişdi, məktəb yaşlı oğlu ilə nəfəs alırdı.

Səni itirdik, Məhəmməd.

Allah rəhmət eləsin!
"

Tarix
2013.11.22 / 14:53
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti...

Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

Məşhur astroloqdan 2018-ci il üçün dəhşətli proqnozlar

Heydər Əliyev bunun əsasını qoyub - Korea Post

Səfir: Azərbaycan Qazaxıstanın əsas tərəfdaşıdır

Azərbaycan üçün əsas prioritet... - Çexiya mediası

“Artsax” adlı qurum yoxdur, Kostanyan sussa...

Mərkəzi Bank hərrac keçirdi

İƏT Zirvəsinin nəticəsi ilə bağlı mətbuat konfransı keçirildi

İlham Əliyev Kenyattaya məktub göndərdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla