Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2017


Rusiyanın bu proqrama alternativi yoxdur – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsi və bu fonda Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri ilə bağlı analitik Elçin Mirzəbəylinin Axar.az-a müsahibəsini təqdim edirik:

- Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Ukrayna, Gürcüstan və Moldovanın avrointeqrasiyasını dərinləşdirmək üçün “Şərq Tərəfdaşlığı+” modelinin tətbiq edilməsini tələb edib. Bu layihənin tətbiq olunacağı ölkələrdə rouminq üçün tariflərin ləğv edilməsi, onların gömrük, energetika ittifaqlarına cəlb olunması, eləcə də Şengen zonasına qatılması nəzərdə tutulub. Bu model Şərq Tərəfdaşlığına üzv olan dövlətlərə, o cümlədən Azərbaycana necə təsir edəcək?

- Ukrayna, Gürcüstan və Moldova Avropa İttifaqı ilə assosiativ saziş imzalayıblar. Assosiativ saziş vahid sənəddir və bu sazişə qoşulan bütün ölkələr üçün vahid prinsiplər müəyyənləşdirilib. Azərbaycan isə Avropa İttifaqına üzv olan doqquz dövlətlə strateji tərəfdaşlıq haqqında ikitərəfli müqavilələr imzalayıb. Bununla yanaşı, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair saziş üzrə danışıqlar davam etdirilir. Bu saziş iki tərəfin də qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı mövqelərini və maraqlarını əks etdirən bir sənəd olacaq və Azərbaycanla Avropa İttifaqının ən müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək.

- Azərbaycan Prezidenti İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci sammitinə qatılacaq. Bu səfər barədə fikirləriniz maraqlı olardı.

- Çox güman ki, cənab prezident Brüsselə səfəri çərçivəsində Avropa Birliyinin mərkəzi strukturlarının rəsmiləri ilə də görüşəcək. Bu görüşlər şübhəsiz ki, qarşılıqlı münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

- Elçin müəllim, “Şərq tərəfdaşlığı”nın Kreml əleyhinə “Qərb tərəfdaşlığı”na çevrilməsi barədə deyilənlərlə razılaşırsınızmı?

- Bunun belə olduğunu düşünmürəm. Çünki proqramın əhatə etdiyi altı ölkədən ikisi Rusiyanın de-fakto rəhbərlik etdiyi hərbi-siyasi blokun - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Doğrudur, Rusiya özünün iştirak etmədiyi bütün əməkdaşlıq modellərinə qısqanclıqla yanaşır, ancaq daha sivil və qarşılıqlı maraqlara söykənən alternativlər təklif edə bilmir. Azərbaycan isə bütün əməkdaşlıq modellərinə öz maraqları çərçivəsindən yanaşır. Bu, Rusiyaya, Avropa İttifaqına, digər dövlət və təşkilatlara münasibətdə də belədir.

Tarix
2017.10.12 / 09:07
Müəllif
Aygün Yusibova
Şərhlər
loading...
Digər xəbərlər

Ərdoğanın Qüds mövqeyində hansı təzad var? – Ekspert

Ruhanidən Qüdslə bağlı islam dünyasına - 7 təklif

"Qüds Zirvəsindəki bu fikir Trampın mövqeyi kimidir"

Ərəbistan rəhbərliyi İstanbul Zirvəsinə niyə qatılmadı?

İlham Əliyev Qüds Zirvə toplantısında iştirak edir

Bu qərarlar İsraili məhv edə bilər - Siyahı

Tramp ideal vaxt seçdi və elə bir bomba yerləşdirdi ki… - Təhlil

Putindən Tramp üzərində daha bir qələbə - Təhlükə artır

Türkiyə Əsədlə bağlı mövqeyini niyə dəyişdi? – Şərh

Bakının Zuyevə aqreman verməməsi... - Kunadze

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla