Yuxarı

Türk deputatlar Bakı əleyhinə olan CHP-çiləri pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri tərəfindən pislənilib.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Rizə şəhərini təmsil edən millət vəkili, AKP üzvü Hikmət Ayar Report-a açıqlamasında CHP-dən olan həmkarlarının belə bir addım atmasına təəccüblənmədiyini bildirib.

H.Ayar deyib ki, onlar Türkiyənin AŞPA-dakı nüfuzuna xələl gətirməklə yanaşı, rəsmi Ankaranın tutduğu mövqeyə də qarşı çıxıblar: "Azərbaycan bizim qardaş ölkəmizidir. Biz ətlə dırnaq kimiyik. Azərbaycanın əleyhinə olan bir sənəd elə Türkiyəyə qarşı yönəlib. Bu millət vəkillərinə münasibətimiz sərtdir. Onları Türkiyə Cümhuriyyətinin vətəndaşları hesab etmirəm. Ona görə də bir daha düşünsünlər, çünki törətdikləri əməllər vətəndaşlıq sərhədlərini aşmaqdadır”.

Parlamentdə Girəsun şəhərini təmsil edən millət vəkili, AKP üzvü Sabri Öztürk bildirib ki, Türkiyə vətəndaşı olan siyasətçilərin AŞPA-da belə bir addım atması qəbuledilməzdir: "Azərbaycanlılarla bizim soykökümüz eynidir və bizləri bir-birimizə qan bağı, tarixi köklərimiz birləşdirir".

S.Öztürk vurğulayıb ki, Azərbaycan yaxşı və pis günündə hər zaman Azərbaycanın yanında yer alıb: ""Bir millət, iki dövlət", deyirik, bundan böyük bağlılıq ola bilərmi? Biz də həmçinin çətin günlərində Azərbaycanın yanında yer almışıq və bundan sonra da belə olacaq. Ermənistan Azərbaycana qarşı beynəlxaq hüquq normalarını pozaraq minlərlə günasız vətəndaşı qətlə yetirib və torpaqlarını işğal edib. Bu, sadəcə, onların deyil, bizim də problemimizdir. Onların haqq səsi olmaq bizim vəzifəmizdir. Əgər bunu edə bilmirlərsə, susmaq əvəzinə, bu kimi lazımsız və uyğun olmayan addımlar atmaları heç xoş deyil. Bir türk millət vəkilinin Azərbaycan əleyhinə olan sənədə səs verməsini əsla qəbul edə bilmərik. Bu, CHP-li deputatların çox böyük səhvidir”.

Tarix
2017.10.17 / 14:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla