Yuxarı

Prezident seçkiləri, AŞPA-nın qərarı və... – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Vyanada keçirilmiş Daimi Komitəsinin toplantısında Azərbaycandakı 9 oktyabr prezident seçkilərinə dair hesabat müzakirə edilərək təsdiqlənib.

Bu faktı müxalifət və iqtidar düşərgəsi necə qiymətləndirir? AŞPA Daimi Komissiyasının təsdiqindən sonra da prezident seçkiləri məsələsi növbəti dəfə müzakirə predmetinə çevrilə bilərmi?

Avropa Şurası çoxdan satılıb

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı "Axar.az"a açıqlamasında bunun nəticəsi əvvəlcədən bilinən bir qərar olduğunu dedi:

"AŞPA-nın bu hesabatı təsdiqləməsi xəbəri əhəmiyyətsizdir. Çünki AŞPA öz mahiyyətini itirib. AŞPA-nın satılmış bir qurum olması əvvəlcədən bəlli idi. Buna görə bu qərarı gözlənilməz bir şey kimi qarşılamırıq".

Məntiqli və obyektiv qərardır

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bu hesabatın qəbul və təsdiq edilməsinin məntiqli olduğunu söylədi və bildirdi ki, tək Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti deyil, eləcə də digər təşkilatların böyük əksəriyyəti, həmçinin ATƏT Parlament Assambleyası Azərbaycanda keçirilən seçkiləri yüksək qiymətləndiriblər. Onun sözlərinə görə, seçkilərdən sonra nəticələr dəfələrlə müxtəlif beynəlxalq qurumlar tərəfindən müzakirə olunub:

"Çünki ölkəmizdə azad, ədalətli, şəffaf və demokratik seçkilər keçirilib. Qərəzli yanaşan yeganə beynəlxalq təşkilat var ki, o da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Sonda bəlli oldu ki, onların yaydığı hesabat da tamamilə yalan və böhtandan başqa bir şey deyil. Azərbaycanda keçirilən seçkilər zamanı 1500-dən artıq beynəlxalq müşahidəçi seçkilərin gedişatını və nəticələrini yüksək qiymətləndirib".

Tarix
2013.11.22 / 18:14
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

Əliyev Ştaynmayerlə görüşdü, xatirə kitabını imzaladı

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla