Yuxarı

Qətər böhranı: sanksiyaların təsiri artır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Embarqodan sonra Qətər bütün sahələrdə təzyiqlərlə üzləşib.

Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova Qətərə qarşı tətbiq olunan embarqonun son nəticələri ilə bağlı yaranan vəziyyəti şərh edərkən deyib. O bildirib ki, bir neçə ay əvvəl Səudiyyə Ərəbistanının başçılığı altında bəzi Körfəz ölkələri Qətərə sanksiya tətbiq etmişdi:

"Bu ölkələrin ittihamında yer tutan ciddi məsələlərdən biri də Qətərin terroru dəstəkləməsi olub. Qətər də öz növbəsində Səudiyyə Ərəbistanını ölkədə iğtişaşlara çağırış etməklə mövcud rejimi dəyişməyə çalışmaqda ittiham edib. Qətər XİN bu günlərdə bəyan edib ki, ölkəyə qarşı embarqo indiyədək götürülmədiyi üçün Qətər terrora qarşı səmərəli mübarizə apara bilmir. Belə ki, terrora qarşı vuruşan Amerika əsgərlərinə göndərilən ərzaq və dərman preparatlarının 90 faizi Körfəz ölkələrinin embarqo tətbiq etdiyi sərhəddən keçir. Habelə hava məkanının bağlı olması terrorçularla mübarizəni çətinləşdirir”.

Politoloq qeyd edib ki, ehtimal olunan odur ki, bu ölkələr arasında Suriya və İraq məsələsinə görə fikir ayrılığı yaranıb və nəticədə Qətər terrora dəstək verməkdə ittiham olunub:

"Çünki əhalisinin və ərazisinin kiçik olmasına baxmayaraq, Qətər dünyada ən çox təbii qaz ehtiyatına sahib ölkələrdən biridir. Buna görə də o, Yazın Şərqdə gedən proseslərdə söz sahibi olmağa iddia edir. Lakin Türkiyə və İranın bu ölkəyə siyasi, hətta hərbi dəstəyinə baxmayaraq, vəziyyət gərgin olaraq qalır. Qətər yenə də sıxışdırılmağa çalışılır. Məsələn, ölkə 2022-ci ildə Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməli olsa da, müəyyən maneələrlə üzləşib. Bundan əlavə, Beynəlxalq Əmək Təşkilatı da Qətərdə çalışan əcnəbi fəhlələrin hüquqlarının pozulduğunu qeyd edib. Əgər Səudiyyə başda olmaqla sanksiya tətbiq edən ölkələr FİFA-ya Qətərin terroru dəstəkləməsi səbəbindən çempionatın onun əlindən alınması barədə müraciət etsələr, çempionat başqa ölkəyə verilə də bilər. Eyni zamanda, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları 2022-ci il futbol çempionatının keçirilməsi üçün 200 milyard dollar dəyərində infrastrukturu başa çatdırmalı olan inşaat şirkətlərinə bu ölkədə işləməyin riskli olduğu barədə xəbərdarlıqlar ediblər. Körfəz ölkələri ilə yanaşı, “Human Rights Watch”, Beynəlxalq Əmək Təşkilatı və başqaları Qətərin hərtərəfli təcridinə çalışır”.

Politoloq vurğulayıb ki, hətta Almaniya kansleri Merkelin də 2022-ci il Dünya Çempionatının Qətərdə keçirilməsinə qarşı çıxdığı bildirilir:

“Almaniya bütün digər sahələrdə üstün olduğu kimi, həm də bir futbol ölkəsidir və onun rəyi çox mühümdür. Fransanın keçmiş prezidenti Sarkozinin hələ dövlət başçısı olarkən böyük miqdarda rüşvət müqabilində Qətərin mundiala ev sahibliyi namizədliyini dəstəklədiyi hazırda araşdırılır”.

Politoloq elə bu günlərdə Rusiya müdafiə naziri Şoyqunun Dohaya səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair razılaşma imzaladığını da xatırladıb:

“Eyni zamanda, Qətər dövləti də Rusiyada investisiya layihələri həyata keçirmək qərarını açıqladı. Rusiya ABŞ və Küveytlə birgə Qətər böhranının nizamlanmasında iştirak edən üç ölkədən biridir. Elə ABŞ Dövlət katibi Reks Tillersonun bu yaxınlarda Yaxın Şərq səfəri çərçivəsində gündəliyində olan müzakirə mövzularından biri də Qətər məsələsi olub. Görünən odur ki, ABŞ, Rusiya, İran, Türkiyə və Körfəz ölkələri arasındakı rəqabət Suriya və İraqla yanaşı, Qətərdə də davam edəcək”.

Qeyd edək ki, Qətər böhranı iyunun 5-də yaranıb. Nəticədə Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrorizmə dəstəkdə ittiham edərək, onunla əlaqələri kəsiblər.

Tarix
2017.10.28 / 09:15
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla