Yuxarı

Putinin asan qələbəsini təmin edən səbəblər - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi müxalifətin palitrası rəngarəng olsa da, onların birləşmək, etirazçı elektoratı birgə rəhbərlik etmək və yönləndirmək imkanları yox dərəcəsindədir. Bu səbəbdən də 2018-ci il mart seçkiləri Putinin asan qələbəsi ilə başa çatacaq.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Rusiyada 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərini şərh edərkən deyib. O bildirib ki, Putin 2018-ci ilin martında keçiriləcək prezident seçkilərində iştirak edəcək:

“Ona görə də indidən prezident seçkilərinə hazırlaşır. Bütün Rusiya miqyasında qubernatorların böyük bir hissəsinin dəyişdirilməsi, Daxili İşlər Nazirliyi sistemində, eləcə də digər nazirliklərdə apardığı ciddi kadr dəyişikliklərinin baş verməsi bunu əyani surətdə təsdiq edir. Putin hakimiyyətdə olan vəzifəli şəxslərin etibarlılıq dərəcəsini artırmaq və seçkilərdə nəyin bahasına olur-olsun, qələbə qazanmaq üçün belə addımlar atır. Bütün bunlar onu göstərir ki, Putin özünə yeni komanda formalaşdırır. Putinin seçkilərdə saxtalaşdırmalar edəcəyi də istisna edilmir. Rusiyanın özündə də heç kəs şübhə etmir ki, Putin əlində bu qədər hakimiyyət və sərvət cəmləşdirdikdən sonra hakimiyyətdən gedə və özü üçün çətin bir şəraitin yaranmasına səbəb ola bilər”.

Politoloq qeyd edib ki, Rusiyada Putinin hakimiyyəti dövründə siyasi rəqib adına bir şey qalmayıb:

“Onun rəqiblərindən biri olan Kseniya Sobçak Sankt-Peterburqun keçmiş rəhbəri Anatoli Sobçakın qızıdır. Putinlə də onun yaxın əlaqələri var. Sobçak hələ seçkilər keçirilməmişdən seçkilərdə uğur qazanacağına inanmadığını bildirib. Bu açıqlamalar siyasətçiyə yaraşmayan bir gedişdir. Sobçakın indidən iradə zəifliyi göstərməsi isə onu kimlərinsə meydana atdığı bir fiqur olduğunu göstərir. O, yalnız kimlərinsə əlində oynayacaq”.

Politoloq vurğulyıb ki, müxalifətin real qüvvələrinin bir araya gəlməsi işi xeyli düşündürücüdür:

“Çünki Putin tərəfindən müxalifət başsızlaşdırılıb. Müxalifətin görkəmli hissələri ya ölkədən qovulub, yaxud da bu və ya digər formada faciəli şəkildə həlak olub. Yerdə qalanların bir qismi isə demək olar ki, çox zəif siyasi fəaliyyətlə məşğuldurlar və ciddi siyasi proseslərə rəhbərlik etmək iqtidarında deyillər. Məsələn, Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanov müxalif qüvvə hesab olunur, halbuki bilavasitə Putin və onun siyasi rejimi ilə barışıb. Züqanov Putinin parlamentdə onun üçün ayırdığı yerlərlə kifayətlənib. Jirinovski isə milli duyğularla, milli hisslərlə oynayaraq Kremlin həm təlxəyi, həm də bir növ tapşırıqlarını yerinə yetirən siyasi fiqurdur. Onun hakimiyyətə hər hansı bir maneəçilik törətməsi fövqəladə hadisə hesab edilə bilər. Yəni o qabaqcadan hakimiyyətlə razılaşma əsasında parlamentdə yerini alır və bununla da öz missiyasını bitmiş hesab edir. Müxalifətin Kasyanov, Aleksey Navalnı kimi nümayəndələri də var. Kasyanov döyüşkən siyasi xadim deyil. O, əvvəllər baş nazir vəzifəsində işləyib və hazırda kiçik partiyası var. Amma Navalnı hakimiyyətə qarşı çıxan və özü haqqında kifayət qədər müsbət rəy yaratmış siyasətçidir. O, əhalinin yoxsul təbəqələrinə və onların duyğu və hisslərinə müraciət edərək, onları alovlandırmağı bacarır. Navalnı artıq qorxmaz şəxsiyyət obrazını yarada bilib”.

Politoloq bildirib ki, bütün bunlara baxmayaraq, Rusiyadakı siyasi mühit elədir ki, orada bütün siyasətçilər və ya siyasi partiya rəhbərləri üçün bərabər imkanlar yoxdur:

“Siyasi mühit biri üçün müəyyən üstünlükləri təmin etsə də, başqası üçün əksinə, maneələr və həbs təhlükəsi yaradır. Navalnının bu qısa müddətdə dəfələrlə həbs edilməsi onu göstərir ki, onun ciddi siyasi iş qurmasına və ətrafına mübariz baza toplamasına hər vasitə ilə mane olurlar. Onu bir növ siyasi proseslərdən uzaqlaşdırırlar. Bundan başqa Rusiya müxalifətinin xaricdə də nümayəndələri var. Onlardan biri və ən tanınmışı Mixail Xodorkovskidir. Xodorkovski ziddiyyətli bəyanatları ilə tez-tez gündəmə gəlir. O, gah hakimiyyəti ciddi surətdə tənqid edir, gah da ona qalib gəlməyin mümkünsüzlüyünü etiraf edir. Belə görünür ki, onun maliyyə imkanları olsa da, ölkədəki siyasi müxalifətə yardım etmək fikri yoxdur və ölkədə siyasi mübarizəni gücləndirmək üçün hər hansı bir formada dəstəyi gözlənilirmir”.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək.

Tarix
2017.10.30 / 23:09
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

Prezident BƏƏ naziri ilə görüşdü

Əliyev Berbokla görüşdü

Azərbaycanla Ermənistan arasında müharibə... - Pakayin

Media məkanımızı bundan qorumalıyıq - Prezident

Həmvətənlərimiz Prezidenti belə qarşıladı - Video

Sülhə doğru əlavə addımlar atırıq - Prezident

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

COP29 qarşıdurma arenası olmayacaq - İlham Əliyev

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla