Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


Mehriban Əliyeva sərgi açılışında - Fotolar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirənsi açılıb.

"Axar.az" AzərTAC-a istinadən xəbər verir ki, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva da iştirak edib.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, vitse-prezident Leyla Əliyevanı və qonaqları salamlayıb, "Azərbaycan tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirib.

Səfir sərgidəki fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu bildirərək sərginin bir qədər əvvəl UNESCO-da nümayiş etdirildiyini xatırladıb.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirib ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal formasının yaranmasına səbəb olub.

Leyla Əliyeva qeyd etib ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu milli xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan mütəəssir olduğunu bildirərək qeyd edib ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilən Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar.

Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırladaraq ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehriban şəraitdə yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulayıb, bütün dünyada qorxu hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkib.

İSESKO-nun baş direktoru Dr. Əbduləziz Osman Əl-Tüveycri bildirib ki, müstəqillik qazandıqdan sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşan mədəni və dini müxtəlifliyin unikal harmoniyasının yaranmasına nail olub. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.

Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq ölkəmizin ərazilərinin işğal edilməsini müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirib və torpaqlarımızın tezliklə azad olmasına çağırıb.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati sərgi iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada unikal modellərdən biri olduğunu vurğulayaraq Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Sərgidə Fransanın dövlət və hökumət rəsmləri, UNESCO-nun baş direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunan diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak edib.

Tarix
2013.11.23 / 08:44
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Putinin arzuladığı dialoqlar rədd edilir – Şərh

S-400 müəmması: Türkiyə geri addım ata bilərmi?

Ərdoğan Qarabağ Zirvəsi keçirə, birgə ordu qura bilər – Şərh

Qaça bilməyən erməni gənclər Qarabağa sürgün edilir

ABŞ Türkiyəyə qarşı inanılmaz addıma hazırlaşır

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla