Yuxarı

Putinin əsas planı: Türkiyə ilə yaxınlıq səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb və Rusiya arasında Soyuq müharibə davam edir və Rusiya Avropa və ABŞ-ın daxili siyasətində parçalanma yaratmağı bacarır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Nəzakət Məmmədova deyib. O bildirib ki, bu günlərdə Şimal axını-2 layihəsi ətrafında gərginlik davam edir:

“Avropa Birliyi Komissiyası layihənin qəti əleyhinə çıxış edir, Rusiya və Almaniya isə bu layihəni reallaşdırmağı planlaşdırırlar. Bu nəhəng enerji layihəsi artıq Avropanı iki yerə parçalayıb. Sirr deyil ki, indiyə qədər Rusiya Prezidenti Vladimir Putin həm Avropanı bölmək, həm də ABŞ və Avropa Birliyi arasında ziddiyyət yaratmaq üçün bir çox planlar həyata keçirib”.

Politoloq qeyd edib ki, Qərb ittifaqının parçalanması Rusiyanın geosiyasi planlarına daxil olan bir nömrəli məsələdir:

“Yunanıstana Çipras hökumətinə böhrandan çıxmaq üçün böyük miqdarda kredit verilməsi, Fransada hakimiyyətə gələcəyi təqdirdə Avropa Birliyindən çıxacağını bəyan edən radikal sağçı Le Penin dəstəklənməsi, Kataloniyada separatçı referenduma rusların haker müdaxiləsi və s. Moskvanın Avropanı bölmək, zəiflətmək fəaliyyətində qərarlılığını göstərir. Britaniyanın Avropa Birliyindən çıxması, Şotlandiyada və Kataloniyada müstəqillik referendumları və s. - bunlar Rusiyanın Avropanın zəifləməsi kimi strateji planlarına tam uyğun gələn hadisələrdir”.

Politoloq vurğulayır ki, Rusiya həm NATO-nun, həm Avropa Birliyinin parçalanmasında maraqlı tərəf olduğunu gizlətmir:

“Türkiyə ilə yaxınlaşmanın, hərbi-siyasi əməkdaşlığın da NATO-da böyük narazılıq yaratması aydındır. Şimal axını-2 isə Avropa Birliyini üz-üzə qoydu. Belə ki, Almaniya, Fransa kimi Birliyin əsas ölkələri Baltik dənizinin dibi ilə Rusiyadan təbii qaz çəkilməsinə çalışan zaman Avropa Komissiyası buna qarşı çıxır. Çünki Ukrayna, Polşa kimi ölkələr tranzit ölkə statuslarını itirərək, həm qazı Rusiyadan güzəştli deyil, dünya qiymətlərinə uyğun baha alacaqlar, eyni zamanda, tranzit haqlarından məhrum olacaqlar. Bu isə qaz xəttinin hazır olacağı 2019-cu ildən etibarən Ukrayna iqtisadiyyatının çökməsinə səbəb olacaqdır. Avropa Birliyi, Qərb Ukraynada siyasi böhrana rəvac verməklə Rusiyanın Avrasiya hegemonluğu planlarının üstündən xətt çəkməyə çalışsa da, Ukraynanın enerji baxımından Rusiyadan asılılığı öz sözünü deyir və Rusiya öz enerji üstünlüyündən istifadə etməklə Ukraynanın Qərb düşərgəsinə keçməsinin qarşısında böyük bir sədd çəkməkdə davam edir.

ABŞ prezidentinin impiçment məsələsində də əsas ittihamlar Rusiya ilə bağlıdır”.

Tarix
2017.11.17 / 09:33
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla