Yuxarı

Bakıda ATƏT PA-nın prezidenti seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hökumət vətəndaş cəmiyyəti institutları ilə münasibət qurmağa hər zaman hazırdır".

Axar.az xəbər verir ki, ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasında Bakı bəyannaməsinin müzakirəsi zamanı çıxış edən millət vəkili Azay Quliyev bilidirib. O, Bakı bəyannaməsinin bəndlərinə əməl olunacağını söyləyib:

"Mən 10 ildir ATƏT PA-da təmsil olunuram. Bu qurumun problemi qəbul olunan qərarların icrası ilə bağlıdır. Bir də biz həmişə dialoqdan danışırıq, amma bu dialoqu qura bilmirik. Biz Azərbaycan hökuməti olaraq həmişəki kimi Azərbaycan vətəndaş cəmiyyəti ilə yaxından əməkdaşlıq edəcəyik".

Azərbaycan nümayəndə heyətinin üzvü Bahar Muradova sənədin 137, 138 və 139-cu bəndlərinə etiraz edib. Millət vəkili bildirib ki, 137-ci bənddə göstərilənlərin məqsədi aydın deyil:

"ATƏT-in Azərbaycanda əlaqələndirici ofisi fəaliyyət göstərir və bu bizi qane edir. Biz 139-cu bəndin də əleyhinəyik".

Qeyd edək ki, layihənin 138-ci bəndində ATƏT-in daimi nümayəndəliyinin açılması istənilir. Bakı bəyannaməsinin 139-cu bəndində isə hazırda həbsdə olan Anar Məmmədli və ölkədəki digər məhbuslarla bağlı məsələ yer alıb.

Səsvermədə 140 bəndlik Bakı bəyannaməsi səs çoxluğu ilə qəbul olunub.

Bakı bəyannaməsindən sonra ATƏT PA-ya prezident seçkiləri keçirilib. Səsvermə nəticəsində Finlandıya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva ATƏT PA-nın prezidenti seçilib.

Xatırladaq ki, İ.Kanerva bu vaxta qədər ATƏT PA-nın vitse prezidenti postunda çalışıb.

Tarix
2014.07.02 / 12:51
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla